Главная > İqtisadiyyat > 6 ayın sensasion iqtisadi nəticələri – Ekspert

6 ayın sensasion iqtisadi nəticələri – Ekspert


13 13 2018. Разместил: vetenazerbaycan

Neftin bazar qiymətinin stabilləşməsi, eyni zamanda, qeyri-neft sektorundakı artım 2018-ci ilin birinci rübünü iqtisadi baxımdan uğurla başa vurmağa imkan yaratdı.

Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışını şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, 2018-ci ilin birinci yarım ilinin yekunları pozitiv qiymətləndirilir:

“2018-ci ilin ilk 6 ayının yekunlarının nəticələrindən görünür ki, iqtisadi müəssisələrdə iqtisadi məkanın tempinin qorunub saxlanması əsas prioritetlərdəndir. Çünki Azərbaycan sözügedən dövrdə bütün göstəricilərdə artım tempini qoruyub saxlaya bilib. Eyni zamanda, 2018-ci ilin birinci yarısının ən müsbət məqamlarından biri ondan ibarətdir ki, iqtisadiyyatdakı artım qeyri-neft sektorunun hesabına formalaşıb. Belə ki, əgər ÜDM-də 1,5 % artım qeydə alınıbsa, qeyri-neft ümumi daxili məhsulundakı artım 2%-dir, sənayedə 40% olan artımın qeyri-neft sənayesindəki payı isə 8,8%-dir. Bu ondan xəbər verir ki, qeyri-neft sektorundakı artım iqtisadiyyatdakı ümumi artımdan daha çoxdur. Qeyri-neft sektorundakı artımın genişləndirilməsi nəticə etibarı ilə neftdən asılılığın aradan qaldırılması baxımından çox vacibdir. İqtisadi diversifikasiyanın əsas səbəblərindən biri də inkişafın qeyri-neft sektoru hesabına formalaşmasıdır ki, bu da 2018-ci ilin birinci yarım ilində müşahidə edildi”.

Ekspert qeyd edib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 44,3 milyard dollara qədər artıb:

“2018-ci ilin ilk yarım ilinin diqqətçəkən pozitiv məqamlarından biri də strateji valyuta ehtiyatlarının qorunub saxlanılması prosesi, eyni zamanda valyuta ehtiyatlarındakı artım tendensiyasının davam etməsidir. Valyuta ehtiyatlarının artması təbii ki, birmənalı şəkildə müsbət prosesdir. Burada diqqətçəkən digər məqam 2017-ci ildə Azərbaycan iqtisadiyyatının təxminən 70 milyard manat olmasıdır. Bu, dollar ifadəsində 41.2 milyard dollar təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycan strateji valyuta ehtiyatları Azərbaycanın ÜDM-dən daha çoxdur. Nəticə etibarı ilə bu gün Azərbaycanın ÜDM-dən 7% çox olan strateji valyuta ehtiyatları var ki, bu da makroiqtisadi sabitlik baxımından çox vacib faktorlardan biridir. 2018-ci ilin birinci yarısının yekunları nəticə etibarı ilə bütün makroiqtisadi göstəricilərdə pozitiv nəticələrin əldə edildiyindən xəbər verir”.

Ekspertin sözlərinə görə, ticarət dövriyyəsinin 35%, ixracatın 34%, xüsusilə qeyri-neft sektorunda ixracatın 25% artması, xalis sərhəd dövriyyəsində 4.2 milyard dollarlıq müsbət saldonun əldə edilməsi böyük uğurdur.
Вернуться назад