Azərbaycan İnformasiya Agentliyi (AİA)


Güləndə yuxuya gedən qadın


İngiltərədə yaşayan 20 yaşlı gənc qadın beynindəki bir problemə görə hər dəfə güləndə bir anda yuxuya gedir.
Nottingham şəhərində yaşayan Cessika Southalll yer üzündəki çox az adamda görünən özəlliklərə sahibdir. Bir uşaq anası olan qadın yaşadığı problemə görə harda gəldi yuxuya gedir. Bəzənsə 13 saatlıq yuxu ona bəs eləmir. Southall deyir ki, qaşlarını gərdiyi zaman ani olaraq yuxuya gedir. Southall ən çox qəhqəhə atarkən və cinsi münasibətə girdikdən sonra yuxuya gedir. Southallin vəziyyəti ailəsini və ərini bəzən çox pis vəziyyətdə qoyur. 20 yaşındaki qadının bir körpəsi də var.
Southall deyib ki, belə bir problemi olduğunu lisey illərində öyrənib. Həmin vaxt özünü daim yorğun hiss etdiyi və dərsdə yatmasının ardınca həkimə gedib və hər şeyi öyrənib. Southall Cunior Santiago ilə sevgili olmağa başladığı ilk dönəmdə bu durumu ona açıqlamağa çətinlik çəkdiyini də deyib.





0 0



Şərhlər (Facebook)