Azərbaycan İnformasiya Agentliyi (AİA)


"Sağlam prostat" kampaniyasına start verildi - UNİKAL


"Sağlam prostat" kampaniyasına start verildi - UNİKAL
Almaniyanın Komputerləşdirilmiş Diaqnostika Mərkəzi Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransada təhsil almış və bu ölkənin aparıcı tibb müəssisəsi – Eduard Heriot adına Mərkəzi Xəstəxanasında çalışmış uroloq-androloq, uzman Dr. Araz Bayramovla birgə sentyabr ayının 25-dən oktyabr ayının 10-na qədər “Sağlam prostat” kampaniyasına start verir.

Kampaniyaya qatılan soydaşlarımız prostat xəstəliklərini (prostat adenoması, prostat şişləri, prostat xərçəngi) ən müasir üsullarla müayinə və müalicə etdirmək imkanı qazanacaqlar. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq nəticələr Almaniyanın Komputerləşdirilmiş Diaqnostika Mərkəzinə göndəriləcək.

Xatırladaq ki, prostat adenoması yaşla əlaqədar olaraq yaranır, əsasən 50 yaşdan sonra başlayır. Bundan əlavə yaş artdıqca kişələrdə olan hormonal dəyişikliklər (estrogen və testosteron) böyüməyə səbəb olan ikinci faktor sayılır.

Gecələr sidiyə oyanmaq, nazik və kəsik-kəsik sidiyə getmək, gücənərək sidiyə çıxmaq, sidiyin yanlara doğru haçalanması, sidiyə çıxdıqdan sonra sidik kisəsində qalıq sidiyin olması hissiyyatı, tez-tez sidiyə çıxmaq, sidik saxlamamazlıq (tualetə çatmadan və ya damcı şəklində) ya da heç sidiyə çıxa bilməmək kimi şikayətlər prostat xəstəliklərinin əlamətləridir.

Öz sağlığına dəyər ver! Özünə və ailənə dəyər ver və onlara sahib ol! Siz yalnız müraciət edin, yerdə qalanı bizim işimizdir!

Qəbula yazılmaq istəyən xəstələrin öncədən qeydiyyatdan keçməsi xahiş olunur.

P.S. Dr. Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Herriot adına Mərkəzi Xəstəxanasında çalışıb. ABŞ-ın dünyaca məşhur “Klivlend” və “Amerikan” klinikaları, “Georges Lopez” İnsitutu ilə əməkdaşlıq edən Dr. Araz Bayramov böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laporoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır.

Hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib.

Cənubi Qafqazda ilk dəfə olaraq böyrək şişlərinin laporoskopik üsulla böyrəyi qoruyaraq çıxarılması, yəni laporoskopik parsial nefrektomiya əməliyyatını həyata keçirib.


0 0



Şərhlər (Facebook)