Azərbaycan İnformasiya Agentliyi (AİA)


Uğur qazanmaq üçün bunları edin... - MƏŞHUR GÖRÜCÜ



Uğur qazanmaq üçün bunları edin... - MƏŞHUR GÖRÜCÜ

Azərbaycanda və Türkiyədə çox məşhur olan tanınmış ekstrasens, parapsixoloq Zərinə Ulduz insanın həyatda uğur qazanması üçün zəruri olan məqamları özündə əks etdirən məqalə hazırlayıb.

Oxucuların marağını nəzərə alaraq həmin məqaləni təqdim edirik:

Uğur qazanan yüzlərlə insandan o zirvəyə necə və hansı yollarla qalxdığını soruşublar. Alınan cavablar toplanıb və vahid nəticəyə gəlinib.

Məlum olub ki, uğur qazanan insanları birləşdirən xarakterik xüsusiyyətlər var və ən əsası onlar hamısı vahid qaydaya riayət ediblər.

Yüzlərlə kilometrlik bir yol da çox kiçik bir addımla başlayır -qorxma addım at!

Gördüyün çətinliklərin böyüklüyünə qətiyyən inanma - görmek inanmaqdır, inanmaqsa aldanmaqdır....

Həyat hərəkət deməkdir, hərəkətdə olmaq lazımdır, unutma ki, su da axmayanda iylənir..

Özündən başqa heç kəsə və heç kimə 100% güvənmə! Arada bu sitatı yadina sal!

Uğur qazanmaq üçün iki əsas şərti özünə deviz seç:

1. Yalnız öz ağlından faydalan!

2.Başqalarının səhvlərindən nəticə çıxar!

Dünyada qələbə qazana bilmək üçün ağılsız görünməli, ağıllı olmalısan!

Qələbə əldə etmək üçün ya daha yaxşı bir tələ qur, ya da niyə əldə edə bilmədiyini görə bilmək üçün daha böyük bir quyu tap.!

Çox Pul qazanmaq - igidlik; onu saxlamaq-müdriklik; məharətlə xərcləmək isə - incəsənətdir.

Insana ən çox zövq verən isə incəsənətdir. Bunu heç zaman unutma!

Bəşəriyyət hamıya çatacaq qədər böyükdür. Ən yüksəkdə başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş! Onsuzda başqasının yerini tuta bilməyəcəksən, onun ağlı var ki, o yerdedi...

Röyaları reallaşdırmağın ən yaxşı yolu oyanmaqdır - Sən hələ də yatırsan? Əmin ol ki, səni, sənin uğur qazanmağını istəyən bir adam oyatmayacaq! Özün oyan!

Hər bildiyini söyləmə, ancaq hər söylədiyini bil! Heç bilənlərlə bilməyənlər bir olarmı?! Bəlkə bu sual haqqında bir az fikirləşəsən?!

Sənə nə lazımdı onu öyrən, yoxsa özün-özünü çaşdıracaqsan. Düşünmədən öyrənmək, vaxt itirməkdir. Vaxtı geri qatarmaq haqqında fikirləşməyin özü də vaxt itirməkdi. Boş zaman yoxdur, boşa keçmiş zaman var!

Çalışmaq həyat, düşünməksə işıqdır!


0 0



Şərhlər (Facebook)