Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ayaq üstə yemək yeməyin – ALİMLƏRDƏN XƏBƏRDARLIQ


Ayaq üstə yemək və qidanın sürətlə qəbul olunması orqanizmdə bir sıra ağırlaşmalara yol açan metabolik sindromun inkişafına gətirib çıxarır.

Azerbaycaninfo.az xəbər verir ki, Yaponiyanın Hirosima universitetinin bir qrup alimi bu qənaətə gəlib.

Mütəxəssislər 1000-dən çox könüllünün üzərində təcrübə aparıb. Könüllülər qidalanma sürətinə görə, 3 qrupa ayrılıb.

Ayaq üstə və daha sürətlə yeməyə üstünlük verən qrupda metabolizm sindromunun yaranma riski 11,6 faiz daha çox olub.

Tədqiqatlar nəticəsində məlum olub ki, bu cür qidalanma tromb yaranmasına meyllilik, arterial hipertenziya, piylənmə kimi pozuntularla müşayiət oluna bilər.


0 0



Şərhlər (Facebook)