Azərbaycan İnformasiya Agentliyi (AİA)


Oral seks təhlükəlidirmi? - Onkoloq və infeksionistlər narahatdır


Seksopatoloqların araşdırmalarına görə, 20 il ərzində oral seks klassik cinsi əlaqəni geridə qoyaraq, ən çox tətbiq olunan intim əlaqə növü olacaq.

Medicina.az xəbər verir ki, inkişaf etmiş ölkələrdə yuxarı sinif şagirdləri ənənəvi cinsi aktdan öncə məhz oral seksi seçir. Bu üsul yeniyetmələrə daha asan, problemsiz və arzuolunmaz hamiləlikdən və infeksiyalardan qoruduğu üçün cəlbedici gəlir.

Lakin onkoloq və infeksionistlər oral seksin fəsadları barədə həyəcan təbili çalır. Bildirilir ki, ağız boşluğu mikroblar üçün ən ideal yerdir. İnsan gecə yatarkən ağız suyu az ifraz olunur, ona görə mikrobların sayı və aktivliyi artır. Məhz bu saatlarda oral seksi sınayanlar qarşı tərəfdən daha sürətlə və çox mikrob, infeksiyaya yoluxa bilər. Yuyulmayan dişlər və yaxalanmayan ağız boşluğu isə qarşı tərəfin cinsiyyət üzvünə ağla gələn və gəlməyən infeksiyalar keçirə bilər. Ona görə bu əlaqədən öncə ağız boşluğu və dişlərin gigiyenası ilə ciddi məşğul olmaq lazımdır.

Oral seks zamanı kişilər xırda zədələrdən sığortalanmayıb, ən kiçik zədə belə infeksiyalar üçün açıq qapıdır. Ona görə oral seksdən sonra kişilər özlərini kiçik müayinə etməlidirlər.

Papilloma virusu və VPÇ tipli onkogenlər ağzın selikli qişasına keçərək, orqan və toxumaları zədələyir. Risk zonasına dil, qırtlaq, udlaq, badamcıqlar daxildir.

"Oncology” jurnalında yazılıb ki, udlaq xərçəngindən oral sekslə mütəmadi məşğul olanlar əziyyət çəkir. Burda əsas problem cinsi partnyorların tez-tez dəyişilməsidir. Əgər partnyor bir nəfər olarsa və onda onkogen, papilloma, VİÇ olmazsa, problemlər də olmaz. Həmçinin oral sekslə hepatit, herpes, xlamidoz, spid kimi infeksiyalar ötürülə bilir. Oral seks zamanı hər iki tərəf risk edir. Uroloqa müraciət edənlərin 56%-i məhz cinsi yolla müxtəlif infeskiyalara yoluxmuş şəxslərdir. Cinsi orqanlarda istənilən qızartı, zədə, qaşınma, axıntı, pis qoxu olarsa, dərhal həkimə müraciət olunmalıdır. Əgər evli cütlüklər tam əmin şəkildə oral sekslə məşğul olmaq istəyirlərsə, o zaman əsas infeksiya və viruslardan yoxlanmalı, hansı xəstəliyin daşıyıcısı olmalarını bilməlidirlər. Hamilə qadınlara ənənəvi cinsi əlaqə qadağan olunduğu dövrdə oral üsulu sınamaq daha məqsədəuyğundur. Bu zaman da gigiyenik qaydalara riayət olunmalı, xüsusi yuyucu və dezinfeksiya vasitələrdən istifadə olunmalıdır, aktdan 10 dəqiqə öncə dişlər yuyulmalı, ağız boşluğu məhlulla yaxalanmalıdır.


0 0



Şərhlər (Facebook)