Azərbaycan İnformasiya Agentliyi (AİA)


Xoruldamaqdan xilas olmağın yolu - mahnı oxumaq


İngiltərənin Exeter Universitetinin alimləri xoruldayan insanların dərdinə dərman tapıb.

Belə ki, xroniki xoruldama problemi olanlar hər gün mahnı oxumaqla bu bəladan qurtula bilər. Bunu təsdiqləmək üçün alimlər 30 nəfərlik bir heyətə müntəzəm olaraq, gündə bir neçə saat mahnı oxutdurublar. Üç ayın axırında bu qrupun xoruldama problemindəki irəliləyiş səs gimnastikası tətbiq etməyən 30 nəfərlik başqa bir heyətlə müqayisə edilib.

Araşdırmaya rəhbərlik edən burun-boğaz mütəxəssisi doktor Malcolm Hilton bildirib ki, səs gimnastikası edən xəstələrin qığırdaqları güclənib, bunun da nəticəsində xoruldamanın şiddəti və sıxlığı azalıb, yuxunun keyfiyyəti də artıb. Hilton “bu nəticə sübut edir ki, xorultunu əməliyyatsız da müalicə edə bilərik”.


0 0



Şərhlər (Facebook)