Azərbaycan İnformasiya Agentliyi (AİA)


Öpüş telefonu da var imiş


Uzaq məsafəli münasibətdən narazı olanlara texnoloji çıxış yolu tapılıb. “Kissenger” adlı aparat sayəsində ağıllı telefonla edilən görüntülü danışıq zamanı eyni zamanda danışdığınız insanla öpüşmək də mümkündür.

Ağıllı telefonlar bir qoruyucu qılıf kimi taxıla bilən aksesuarın adı 'kiss' (öpüş) və 'messenger' (mesaj çatdıran) sözlərinin birləşməsindən yaranıb. Sözügedən aksesuar mobil vasitə tərəfindən qarşı tərəfdəki insana güc dalğaları yollayır. Bunun sayəsində qarşı tərəfdəki insan da digər istifadəçinin yolladığı öpüşü yenə öz aksesuarı sayəsində hiss edə bilir. Hələlik inkişaf mərhələsində olan bu məhsulun demo versiyasından istifadə edilə bilir.

Hazırda sadəcə iPhone'lar ilə uyumlu olan məhsulun yaxın günlərdə Android telefonlarla da uyumlu hala gətiriləcəyi gözlənir.


0 0



Şərhlər (Facebook)