Azərbaycan İnformasiya Agentliyi (AİA)


Mədə ağrısını, köpü götürür, sümükləri bərkidir…– ŞÜYÜDÜN BİLMƏDİYİNİZ FAYDALARI


Şüyüd tərkibində olan bir çox mineral və vitamin sayəsində insan orqanizmi üçün olduqca faydalı göyərtidir.

Azerbaycaninfo.az şüyüdün insan orqanizminə inanılmaz faydalarını sadalayır.

– Bir az doğranmış şüyüdü yeməklərdən təxminən 15 dəqiqə öncə yeyərək, özünüzü uzun müddət tox hiss edə bilərsiniz.

– Tərkibində bol miqdarda fosfor, maqnezium, mis, dəmir, sink, A və C vitaminləri yer alır.

– Bir dəstə şüyüd yeməklə gündəlik A vitamini ehtiyacınızın 43 faizini, C vitamini ehtiyacınızın isə 40 faizini qarşılaya bilərsiniz.

– Həzmsizlik, mədə ağrısı və bu kimi sağlamlıq problemlərinin müalicəsində istifadə olunan təbii vasitədir.

– Köpü aradan qaldırır.

– Bol miqdarda kalsium ehtiyatı olan şüyüd sümük sağlamlığını qoruyur.

– Hıçqırıq müalicəsində şüyüd istifadə oluna bilər.

– Tərkibində olan B vitamini və yağlar sayəsində yuxusuzluğu önləyir, sakitləşdirici təsir göstərir.

– Təbii bir insulin olaraq şəkər xəstələrinin istifadəsi üçün uyğundur.

– Xərçəng müalicəsində istifadə olunur.

– Revmatizm, iltihab, qut, artrit və oynaq iltihabı xəstəliklərinin səbəb olduğu ağrıları müalicə edir. Sümükləri bərkidir.

– Menstruasiya pozuntusu zamanı faydası var.

– Ağız və diş xəstəliklərinə qarşı təsirlidir. Şüyüd yarpaqları istifadəsi ilə ağız içi infeksiyaları müalicə edə bilərsiniz.

– Depressiyanı azaltmağa kömək edir.

– Xolesterolu aşağı salır.

– Nəfəs yolu xəstəliklərində müalicəvi təsiri var.


0 0



Şərhlər (Facebook)