Azərbaycan İnformasiya Agentliyi (AİA)


Kişilərdən imtina etməklə çox yaşamaq mümkün imiş…


Kişilərdən imtina etməklə çox yaşamaq mümkün imiş. Sputnik.az-ın verdiyi məlumata görə, 106 yaşlı britaniyalı qadın çox yaşamasının səbəbini kişilərlə münasibətdən imtina etməklə izah edib. Medlin Dey 1912-ci ildə Cənubi Yorkşir qraflığının Heli şəhərində dünyaya gəlib. O iddia edir ki, həyatında bir dəfə də olsun kişi ilə əlaqədə olmayıb. Puba (bara — red.) isə ilk dəfə 90 yaşında girib. Dey iddia edir ki, kişilərlə münasibətdən tamamilə imtina etməklə o stressdən və münasibətlərin və nikahln gərginliyindən qaça bilib. O 103 yaşına kimi öz evində tənha yaşayıb. İndi isə məcbur olaraq özünə köməkçi götürüb. Onun yaxınları fəxr edir ki, Dey öz illərini hədərə xərcləməyib. Hazırda özü sərbəst geyinə və hərəkət edə bilir. “Kimsə ondan keçmiş sevgi romanları barədə soruşanda o deyir ki, mənim həyatımda heç vaxt belə şey olmayıb. Bu səbəbdən də hələ sağam” — deyə Deyin 80 yaşlı xalası qızı deyir.


0 0



Şərhlər (Facebook)