Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bu içki ağlı zəiflədir


Amerikalı kardioloqlar insan sağlamlığı üçün ən zərərli məhsul təyin ediblər.

Sağlamolun.az xəbər verir ki, Amerika ürək assosiasiyasının alimlərinin fikrinə görə, şəkərsiz dietik qazlı sular insan üçün ən ziyanlı məhsuldur və onları istehsalatdan tam çıxartmaq lazımdır.

Kardioloqların hesabatlarında qeyd olunub ki, belə qazlı içkilərin hətta 1 bankasını hər gün içən insanda insult riski 3 dəfə, ağıl zəifliyi riski isə 2,9 dəfə artır.

Alimlərin fikrinə görə, bunun səbəbi dietik suların tərkibində olan aspartam və s. kimi süni maddələrdir. Məsələn, aspartam orqanizmdə parçalanaraq metanol kimi çox ziyanlı toksiki maddə əmələ gətirir.

Aspartam beyində toplana bilir və bu da neyronların anormal aktivliyinə səbəb olur.

Bundan əlavə dietik qazlı suların tərkibində olan zərərli maddələr qaraciyərə də toksiki təsir edir, orqanizmdə iltihab yaradır, toxumalara dağıdıcı təsir edir, vaxtından tez qocalmaya səbəb olur.


0 0



Şərhlər (Facebook)