Azərbaycan İnformasiya Agentliyi (AİA)


Dünyanın məşhur qatili türmədə 26 yaşlı qızla evlənir - Foto


Dünyanın məşhur qatili türmədə 26 yaşlı qızla evlənir - Foto

80 yaşlı amerikalı Çarlz Manson dünyanın ən məşhur silsilə cinayətlər törətmiş qatillərindəndir. Manson 1969-cu ildə 7 nəfəri və doğulmamış bir uşağı öldürdüyünə görə ömürlük həbsə məhkum edilib

Azerbaycaninfo.com-un “Associated Press” agentliyinə istinadən xəbər verir ki, məşhur cinayətkarın onu həbsxanada ziyarət edən 26 yaşlı Afton Eleyn Burtonla evlənməsinə icazə verilib. İcazə 10 gün əvvəl çıxarılıb.

Qızın Mansonun yatdığı həbsxanaya daha yaxın ola bilməsi üçün 9 il əvvəl Kaliforniya əyalətinə köçdüyü deyilir.

Qız mətbuata deyib ki, evlənəcəkləri haqda xəbərlər doğrudur. O, Mansonu sevdiyini də vurğulayıb.

“Manson ailəsi” adlı təriqət quran Manson və davamçıları 1969-cu ilin avqustunda irqlər arasında müharibə başlatmaq üçün iki gecədə 7 nəfəri gülləyərək və bıçaqlayaraq öldürmüşdü.

Mansonun qurbanları arasında rejissor Roman Polanskinin hamilə arvadı Şaron Teyt də var.

Bu silsilə cinayətlərdən sonra Manson və 3 qadın ölüm cəzasına məhkum edilmişdi. Ancaq Kaliforniyada ölüm cəzası müvəqqəti olaraq qadağan edildiyindən 1972-ci ildə cəzaları ömür boyu həbslə əvəz edilib.

Manson 2 il qabaq şərti azadlığa buraxılması haqda 12-ci dəfə iddia qaldırmış və tələbi rədd edilmişdi. Onun 2027-ci ilə qədər yenidən belə iddia qaldırması qadağan edilib.


0 0



Şərhlər (Facebook)