Azərbaycan İnformasiya Agentliyi (AİA)


AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələri üzrə 2016-cı ildə doktoranturaya qəbulun nəticələri müzakirə edilib


Aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin doktorantları ilə görüş keçirilib. Tədbirdə bu elmi bölmələr üzrə 2016-cı ildə doktoranturaya qəbulun nəticələri müzakirə olunub və doktorantların dissertasiya mövzuları haqqında məlumat verilib.
Görüşdə dissertasiya mövzularının doktorantlara verilməzdən öncə tədqiqat müəssisələrində müvafiq sahənin alimləri tərəfindən hərtərəfli müzakirə olunmasının vacibliyi vurğulanıb. Mövzuların müasir dövrdə elmin qarşısında duran əsas vəzifə və tələblərə uyğun seçilməsi tövsiyə olunub.
Doktorantların dissertasiya mövzusu müzakirələrdən sonra təsdiq edilib.


AMEA Rəyasət Heyətinin aparatı
İctimaiyyətlə Əlaqələr və Elmin
Populyarlaşdırılması İdarəsi

AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələri üzrə 2016-cı ildə doktoranturaya qəbulun nəticələri müzakirə edilib
AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələri üzrə 2016-cı ildə doktoranturaya qəbulun nəticələri müzakirə edilib


0 0



Şərhlər (Facebook)