Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Kütlənin rəqqasələrə qarşı münasibəti...” - Təranə


Prodüser Təranə Səmədova övladı Sueldən danışıb

Məlumata görə, prodüser “Show time” verilişinə açıqlamasında bildirib ki, onun gələcəkdə peşə seçməsinə müdaxilə edəcək:

“Ana olandan sonra evimə dostlarımın axınının üstündən xətt çəkdim. Məsələn, ana olmayana qədər 24 saat bütün dostlarıma qapım açıq ola bilərdi. Övladım hələ ki, uşaqdır, deyir, vizajist olacam. Amma riyaziyyatı yaxşı bilir, savadlıdır. Bu da gendən gəlir. Amma gələcəkdə baxacam ki, hansı profildə daha da uğurludur, o yönə də istiqamətləndirəcəm. Çox istərdim ki, ciddi bir sənətin sahibi olsun.

Şou-biznesdə olmasını heç arzulamıram. Hətta rəqsə getmək istəyir, deyirəm ki, bədəninin elastikliyi üçün mən səni rəqsə qoyacam. Amma sabah mənə demə ki, rəqqasə olmaq istəyirəm. Rəqqasələrə hörmətim böyükdür, ancaq övladımı bu peşədə görmək istəmərəm. Bu sənətin hər tərəfini bilirəm deyə razı deyiləm. Hətta kütlənin də rəqqasələrə qarşı münasibətini bilirəm.

Mənə elə gəlir ki, Azərbaycanda prodüser bazarı artıq tükənib. Yəni 5-6 prodüser var. Bizdən sonra kim gəldiki? Yəni bundan sonra bu sahə də tükənəcək. Ona görə də qızımı bu sahədə də görmək istəmirəm”.


0 0



Şərhlər (Facebook)