Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Başıma saç əkdirmişəm də, keçəl qalasıydım?”


“Başıma saç əkdirmişəm də, keçəl qalasıydım?”
Kişi müğənnilərinin də plastik əməliyyat etdirdiyi kimsəyə sirr deyil. Bu, hansı zərurətdən doğur; səhnə tələb edir, yoxsa, sadəcə, müğənnilər kompleksə girirlər? Bununla bağlı müğənnilərin özləri münasibət bildirdi. İlk olaraq suallarımüğənni Vasif Məhərrəmli cavablandırdı və belə bir sərt cavab alındı: “Nə plastik əməliyyat etdirmişəm ki? Başımda tük olmadığı üçün başıma saç əkdirmişəm də, keçəl qalan deyildim ki”. Müğənni Elariz Məmmədoğlu: “Səhnədə qəşəng görünmək üçün saç əkdirdim, kompleksim olmasın deyə”. Nadir Qafarzadənin köməkçisi isə belə cavab verdi: “Nadir bəy hazırda belə suallara cavab vermək istəmir”. Cavanşir Məmmədov cavabını isə biz nə özümüzə, nədə ki, oxucularımızın nəzərinə yetirib oxumasını heç yaraşdırmırıq. Qeyri-etik, sərt cavab verərək plastik əməliyyat etdirənləri təhqir etdi və ağlasığmaz kobud təhqiramiz sözlər danışdı. Gerçəkdənmi plastik əməliyyat etdirmək pis əməldir ki, bu zərurətdən doğuran kompleksi özünə ayıb bilir və əməliyyat etdirdiklərini gizlədirlər. Bu suala aqressiv reaksiya nədən doğur? Psixoloq Dəyanət Rzayev izah edir: Plastik əməliyyata qadağa nə dində var, nə də... - Biz demokratik və sivil ölkədə yaşayırıq. Deyirsiniz ki, kişi müğənnilər plastik əməliyyat etdirir, bəli, gedib kiminsə bostanına daş atmır, heç kəsi təhqir etmir ki! Bu onun şəxsi işidi. Buna heç kəs müdaxilə və təhqir edə bilməz. Qeyd edək ki, bizim millət normal saymır və sərt qarşılayır bunu, amma bu normal bir haldır. Plastik əməliyyat etdirən insanlarda xarici görünüşündə qüsur və kompleks olduğu üçün əməliyyat etdirirlər. Plastik əməliyyata qarşı qadağa nə dində var, nə də qanunda. Ümumiyyətlə, kişinin saçını rəngləməsi İslam dinində də var. Kişilər saçını hər rəng də istəsələr, boyaya bilərlər. Sadəcə, yaşlı kişilər qara rəngdə boyamalıdır. Burda pis heç nə yoxdur. Məsələn, kim quldurluq edir, kim adam öldürür biz ona deyirik ki, o kişi adamıdı. Amma kim özünə normal fikir verirsə, biz onu tənqid edirik. Bu hələ bizdə formalaşmayıb”.


0 0



Şərhlər (Facebook)