Azərbaycan İnformasiya Agentliyi (AİA)


Kitabının dünyada 150 milyon nüsxə satılması ilə fəxr edən yazıçı


Kitabının dünyada 150 milyon nüsxə satılması ilə fəxr edən yazıçı

"Azerbaycaninfo.com" xəbər verir. Bu il Frankfurt kitab yarmarkasının şərəfli qonağı Braziliya, layiqli təmsilçi isə Paulo Koleyo olacaq. Paulo Koelyonun əsərləri 80 dilə tərcümə olunaraq 200 ölkədə 150 miliyon nüsxə satılıb. O, 26 kitabın müəllifidir, 2002-ci ildən Braziliya Yazıçılar Akademiyasının üzvüdür, sosial şəbəkədə 23 milyondan çox izləyicisi var. Eyni zamanda, bu ilin daha bir əlamətdar hadisəsi, bizim çoxumuzun həyatını dəyişən, müasir ədəbi klassika hesab olunan "Kimyagər" əsərinin Braziliyada ilk nəsrininin 25 illik yubileyi olmasıdır. Uzun bir vaxt ötməsinə baxmayaraq bu əsər 271 həftə ərzində The Nyu York Tayms-ın bestseller siyahısında öncüllüyünü qorumaqda davam edir. Xatırladaq ki, Poulo Koleyonun kitablarının Azərbaycan dilində yayım haqları "Qanun" nəşr evinə məxsusdur. Onun "Kimyagər" "11 dəqiqə", "Zair, Rio-Predrainin sahilində oturdum və ağladım" kitabları dilimizdə nəşr olunub.


0 0



Şərhlər (Facebook)