Azərbaycan İnformasiya Agentliyi (AİA)


Türkiyə “Evrovision”da kürd mahnısı ilə təmsil olunacaq?







Türkiyə “Evrovision”da kürd mahnısı ilə təmsil olunacaq?

Türkiyənin “Eurovision”da iştirak edib-etməyəcəyi müzakirə edildiyi bir məqamda TRT-nin yarışmada TRT-nin kürd dilində mahnı ilə təmsil olunması təklif edilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Diyarbəkır Mədəniyyət Turizm və Musiqi Dərnəyinin rəhbəri Kənan Aksu Türkiyənin fərqli dil, din və mədəniyyət müxtəlifliyinə sahib bir ölkə kimi, “Evrovision”da kürd dilində mahnı ilə təmsil olunmasını təklif edərək bildirib ki, bu türk cümhüriyyətinin zəngin mədəniyyətə sahib olduğunu göstərmək şansı ola bilər. Bu cür yarışmalarda ən böyük məqsədin ölkələrin sahib olduğu mədəni səviyyəsini nümayiş etdirmək olduğunu xatırladan Kenan Aksu bunun Türkiyə üçün faydalı olacağına diqqət çəkib. Diyarbəkır Müsiqi Evinin rəhbəri Səlahəddin Akgün də bu təklifi dəstəkləyib: "Bu yarışmada məqsədimiz öz mədəniyyətimizi və musiqimizin tanıtmaq olmalıdır. Kürd musiqisi çox zəngin olduğu üçün, kürdcə mahnı seçilə bilər. Məsələn kürd müğənni Şiwan Perver'i bütün Avropa tanıyır. Kürdlər də bu ölkədə yaşayır. Avropaya demokratiyadan, insan haqlarından söz etmək istəyiriksə, bunu etməliyik. Bu günə qədər türkcə mahnılarla ilə “Evrovision”a çox qatıldıq, bu dəfə də kürd mahnısı ilə qatılaq”. Məşhur Əhməd Kayanın həyat yoldaşı Gülten Kaya da Türkiyənin “Evrovision”da kürd dilindəki mahnı ilə iştirak etməsini dəstəkləyib: “Kürd dili çox zəngin bir dildir. Türkiyə, İran, İraq , Suriya və Avropada milyonlarla adam bu dildə danışır. Bu kürd problemini həll etmək istəyən Türkiyəyə dünyada simpatiya qazandıra bilər”.

Orxan, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)