Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakının yeni Baş planı üzərində işlər yekunlaşır



“Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi” üzərində aparılan işlər yekunlaşmaq üzrədir”.

Azərbaycaninfo.az xəbər verir ki, bu haqda Modern.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Ağamirzə Canmirzəyev bildirib.

Aparat rəhbəri qeyd edib ki, yaxın vaxtlarda bu barədə məlumat veriləcək:

““Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi”nin ictimai müzakirəsi zamanı aidiyyatı dövlət orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin layihəyə dair təklif və tövsiyələri nəzərə alınaraq layihədə müvafiq düzəlişlər aparılıb. Hazırda layihənin tamamlanması üzrə işlər başa çatmaq üzrədir”.

Həm kapitalizm, həm də sovet hakimiyyəti qurulduqdan sonra Bakıda şəhərsalma işləri yeni planlar üzrə aparılıb. Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

Yeni Baş Plan - “Böyük Bakının Regional İnkişaf Planı” isə 2035-cu ilədək dövrü əhatə etməlidir.


0 0



Şərhlər (Facebook)