Azərbaycan İnformasiya Agentliyi (AİA)


Aşıq Ələsgər haqda kitabdakı saxtakarlıqlara qarşı sənəd ortaya qoyuldu – FOTOFAKT


Rusiya Dövlət Arxivindən alınan sənəd Aşıq Ələsgər haqda iddiaları darmadağın edir


Azərbaycanın tanınmış aşıqları Aşıq Ələsgər və digər ustadlar Ağ Aşıq, Aşıq Alı barədə “Haqq-nahaq seçilər haqq divanında” kitabındakı iddiaları darmadağın edən sənəd ortaya qoyulub. Söhbətin mövzusu olan kitab erməni mənbələrinə istinadən 2017-ci ilin iyununda nə qədər qəribə olsa da Bakıda çap olunub. Çap məhsulunda tanınmış aşıqların doğum tarixlərini saxtalaşdırmaqla aşıqlar bir neçə 10 il cavanlaşıdılır və bu cavanlaşdırmanın üzərindən ümumilikdə Qərbi Azərbaycanda türklərin tarixinin elə də dərin olmadığı iddiası ortaya qoyulur. Eyni zamanda Qərbi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə yönəlik dırnaqarası faktlar ortaya atılır. Kitabda istinadların 90 faizi Ermənistan Milli Arxivində saxlanıldığı iddia olunan sənədlərədir. Ötən ilin yayında dərcindən sonra böyük qalmaqallara səbəb olan kitabın müəllifi Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli, elmi redaktoru Atatürk Mərkəzinin sədri, deputat, akademik Nizami Cəfərov, rəyçisi isə AMEA-nın Folklor İnstitutunun xarici əlaqələr departamentinin rəhbəri Əli Şamildir.

Kitabdakı saxtakarlıqları ifşa edən sənəd ötən gün Qərbi Azərbaycan kökənli ziyalıların düzənlədiyi, doğma yurdlarından deportasiya olunmalarının 30 illiyi ilə bağlı “Yurd həsrəti” adlı tədbirdə nümayiş olunub. Tədqiqatçı Sabutay Hacıyev Rusiya Federasiyasının Dövlət Arxivindən Aşıq Ələsgərlə bağlı əldə etdiyi sənədi təqdim edərək bildirib ki, sənədə əsasən Aşıq Ələsgər iddia edildiyi kimi 1852-ci ildə deyil, əvvəlki tədqiqatçıların da araşdırdığı kimi 1821-ci ildə dünyaya gəlib.

Çıxış edənlər deyiblər ki, özlərini tarixçi, folklorşünas adlandıran bəzi müəlliflər bu sənəd yayımlanandan sonra Aşıq Ələsgərə və digər ustadlara – Ağ Aşıq, Aşıq Alı və digərlərinin həyatları ilə bağlı etdikləri saxtalaşdırmalara nəhayət son qoyacaqlarına ümid edirlər.



Aşıq Ələsgər haqda kitabdakı saxtakarlıqlara qarşı sənəd ortaya qoyuldu – FOTOFAKT



Xatırladaq ki, Nazir Əhmədli müəllifi olduğu kitabda Ermənistan Milli Arxivinə istinadən iddia edir ki, Aşıq Ələsgər 1852-ci ildə, onun ustadı Aşıq Alı 1834-cü ildə, onun ustadı Ağ Aşıq isə 1791-də anadan olub.

Amma aparılmış tədqiqat işləri, indi isə Rusiya Dövlət Arxivindən Sabutay Hacıyevin aldığı sənəd bir daha Aşıq Ələsgərin 1821-də, Aşıq Alının 1801-də, Ağ Aşığın isə 1754-cü ildə anadan olduğunu bir daha ortaya qoyur.

N.Əhmədli çap məhsulunda ortaya qoyduğu fikirləri illərdir ki, ermənilərin başabəla “tədqiqatçıları” da əllərində bayraq ediblər. Kitabda Qərbi Azərbaycanda bir çox Azərbaycan kəndlərinin olmadığı da iddia olunur. Kitab oxucuda belə bir fikrin formalşamasına xidmət edir ki, Qərbi Azərbaycana türklər guya gəlmədi, sonradan məskunlaşıb və xeyli kəndlər sonra yaranıb, guya burada onlar da gəlmə olduqları üçün gələcəkdə o torpaqlara iddia edə bilməzlər.

Tədbrin təşkilatçıları jurnalist Mürvət Yusifov və Aşıq Alı irsinin tədqiqatçşısı, jurnalist Qabil Zimistanoğlu olub.

Tədbirdə çıxış edənlər Rus imperiyasının dəstəyi ilə tarixi Azərbaycan torpaqlarının ərazisi üzərində Ermənistan dövlətini yaratmasından, ermənilərin zaman-zaman yerli türkləri sıxışdıraraq “Türksüz Ermənistan” yaratmaq arzularına nail olmasından, bu gün də Ermənistan adlanan bir dövlətdə nümunə kimi bir soydaşımızın belə qalmamasından, ermənilərin törətdikləri vəhşiliklərdən, soydaşlarımızın başına gətirilən faciələrdən və s. söhbət açıblar. Hələ sovetlər dönəmində yer-yurd adlarını necə dəyişərək erməniləşdirilməsindən, ermənilərin tarixi abidələrimizi özününkləşdirmələri, evləri, mədəniyyət nümunələrini, qəbiristanlıqları necə xarabazarlığa çevirmələri barədə tədbir iştirakçlılarına ətraflı məlumat verilib.



Aşıq Ələsgər haqda kitabdakı saxtakarlıqlara qarşı sənəd ortaya qoyuldu – FOTOFAKT
Aşıq Ələsgər haqda kitabdakı saxtakarlıqlara qarşı sənəd ortaya qoyuldu – FOTOFAKT



Tədbirdə Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyət abidələri və s. barədə müxtəlif sahələrin araşdırması ilə məşğul olan alimlərin hələ qabaqda çox iş görməli olduqları, bu barədə yazılmış dəyərli məqalələrin və əsərlərin əcnəbi dillərə tərcümə olunaraq nəşrindən və çap məhsullarının ölkə hüdudlarından kənar yayımlanmasının zəruriliyindən söhbət açılıb.
Aşıq Ələsgər haqda kitabdakı saxtakarlıqlara qarşı sənəd ortaya qoyuldu – FOTOFAKT

Tədbirdə yurd yerlərinə qayıdana kimi Qərbi Azərbaycanıların deportasiya olunduğu günü qeyd etmək üçün hər il fevralın 5-nin Anım Günü kimi qeyd edilməsi, dünya ictimaiyyətinə 310 min əhalinin səsinin çatdırılması məqsədilə Deportasiya Mərkəzinin təşkili, İrəvanın yenidən Azərbaycana qaytarılmasının zəruriliyi yarandığından dövlətimizin bu məsələyə yenidən baxması ilə bağlı müvafiq strukturlara müraciətin ünvanlanması fikirləri səsləndi. Yer-yurdlarımızda erməni vandallığını əks etdirən videoçarx nümayiş olunub.


0 0



Şərhlər (Facebook)