Azərbaycan İnformasiya Agentliyi (AİA)


Xalq Artisti şöhrət ordeni ilə təltif olundu-Arif Babayevin 80 illik yubiley gecəsi-video


Xalq Artisti şöhrət ordeni ilə təltif olundu
Heydər Əliyev sarayında daha bir mötəbər, yaddaqalan tədbir keçirildi. Azərbaycaninfo.az xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkili ilə Xalq artisti, professor, Prezident təqaüdçüsü və sənət aləmində bir çox titullara layiq görülmüş görkəmli ustad; Arif Babayevin 80 illik yubiley gecəsində bir sıra dövlət rəsmiləri ilə yanaşı, mədəniyyət və incəsənət sahəsində xidmətləri olmuş insanlar yer aldılar.
Təntənəli gecənin açılışında ilk sözü nazir Əbülfəs Qarayev söylədi. Cənab nazir vurğuladı ki, professor Arif Babayev məhz o şəxslərdəndir ki, muğamla yanaşı eyni zamanda opera, klassik musiqi ifaçısı kimi də tanınıb. Həmçinin görkəmli ustad sənəti ilə yanaşı tələbələrini də yetişdirməyə zaman tapıb. Onun yüzlərlə yetirməsi bir çox xarici ölkələrədə musiqi sənəti ilə Azərbaycanı layiqincə təmsil ediblər. Daha sonra Əbülfəs müəllim vurğuladı ki, Arif müəllimə 80 illik yubileyində ən böyük hədiyyə bəlkə də ölkə başçısının ona layiq bildiyi şöhrət ordenidi ola bilər ki, onu təmtəraqlı şəkildə sahibinə təhvil verməyə tələsir. Böyük alqışlar sədası altında yubilyar ölkə başçısı İlham Əliyev cənablarının ona layiq bildiyi Şöhrət ordeni ilə təltif edildi.
Musiqi Akademiyasının rektoru və SSRİ xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Səyavuş Kərimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, professor Murad Hüseynov və digərləri yibilyara xoş sözlər söylədilər və diplomlar təqdim etdilər. Tədbirin aparıcısı Mədəniəyyət və İncəsənət Universitetinin baş müəllimi, bədii qiraət ustası, Əməkdar artist Azad Şükürov Arif Babayevə həsr olunan şeiri söylədi.
Bir sıra ifaçılar, o cümlədən; Gülyaz və Gülyanaq Məmmədovalar, Gülüstan Əliyeva, Nuridə Əhmədova, Nəzakət Teymurova, Sevinc Sarıyeva, Babək Niftəliyev, Mənsum İbrahimov, Aygün Bayramova, İlkin Əhmədov və digər musiqi aləminin görkəmli simalarının çıxış etdiyi və yüksək səviyyədə keçirilən tədbir sürprizsiz də ötüşmədi. Xalq artisti Siyavuş Kəriminin “ən böyük Qarabağ hədiyyəsi” adlanırdığı və həqiqətən də həm izləyicilər, həm də yubilyar üçün gözlənilməz xoş sürpriz olan Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu idi. Səhnəyə təşrif buyuran Polad müəllim çıxış edərək, Arif Babayevə mahnılarından birini ərmağan etdi.
Sonda bütün iştirakçılar Arif Babayevlə yanaşı “Qarabağ şikəstəsini” ifa etdilər.


Aynur Nurlu

Xalq Artisti şöhrət ordeni ilə təltif olundu-Arif Babayevin 80 illik yubiley gecəsi-video
Xalq Artisti şöhrət ordeni ilə təltif olundu-Arif Babayevin 80 illik yubiley gecəsi-video
Xalq Artisti şöhrət ordeni ilə təltif olundu-Arif Babayevin 80 illik yubiley gecəsi-video


0 0



Şərhlər (Facebook)