Azərbaycan İnformasiya Agentliyi (AİA)


Akademik Vaqif Fərzəliyevə Oksford Akademik Birliyinə üzvlük atributları təqdim olunub


Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzvlüyü rəsmiləşdirilib. Belə ki, görkəmli akademikə adıçəkilən quruma üzvlüyü təsdiq edən atributlar təqdim olunub. Həmin atributlara döş nişanı, sertifikat, üzvlük vəsiqəsi və möhür daxildir.
Qeyd edək ki, Oksford Akademiyanın Ekspertlər Şurası AMEA akademikinin beynəlxalq səviyyəli elmi fəaliyyətini uzun müddətdir ki, yaxından izləyir. Təşkilat V.Fərzəliyevin tədqiqatlarının müasir cəmiyyətdə elm və istehsalın inteqrasiyasının inkişafına verdiyi töhvəni yüksək qiymətləndirərək belə bir qərar qəbul edib. Oksford Akademik Birliyində hesab edirlər ki, bu üzvlük akademik V.Fərzəliyevin elmi fəaliyyətinin Avropada, ümumən bütün dünyada daha da tanıdılmasına, həmçinin cəmiyyəti onun elmi tədqiqatlarının nəticələri, innovasiya və nailiyyətlərlə bağlı məlumatlamdırmağa əlavə imkan yaradacaq.
Məlumat üçün bildirək ki, Oksford Akademik Birliyi 2014-cü ildə Avropa Rektor klublarının bazası əsasında dünya elmi və biznes cəmiyyətinin tələbi ilə yaradılıb. Bununla bağlı memorandum dünyanın 30 ökəsinin tanınmış rektor, müəllim və alimləri tərəfindən imzalanıb. Birliyin təsis olunmasında əsas məqsəd XXI əsrdə elm və təhsilin inkşafı üçün alimlərin səylərinin birləşdirilməsi, həmçinin müasir istehsalda yeniliklərin tətbiqinin təşviq edilməsidir.



Akademik Ə.M.Quliyev adına
Aşqarlar Kimyası İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

 Akademik Vaqif Fərzəliyevə Oksford Akademik Birliyinə üzvlük atributları təqdim olunub
 Akademik Vaqif Fərzəliyevə Oksford Akademik Birliyinə üzvlük atributları təqdim olunub
 Akademik Vaqif Fərzəliyevə Oksford Akademik Birliyinə üzvlük atributları təqdim olunub
 Akademik Vaqif Fərzəliyevə Oksford Akademik Birliyinə üzvlük atributları təqdim olunub
 Akademik Vaqif Fərzəliyevə Oksford Akademik Birliyinə üzvlük atributları təqdim olunub


0 0



Şərhlər (Facebook)