Azərbaycan İnformasiya Agentliyi (AİA)


Nizami kino mərkəzində IV- cü Britaniya Film Baharı festivalı


Nizami kino mərkəzində IV- cü Britaniya Film Baharı festivalı
Nizami kino mərkəzində IV- cü Britaniya Film Baharı festivalı


Azərbaycan.info saytı xəbər verir ki, British Council Azərbaycan- Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzi ilə birgə təşkil etdiyi 1 may 2018- ci il tarixində Bakıda dördüncü Britaniya Film Baharı festivalnın açılışı baş tutdu. Tədbirdə film nümayişindən öncə media nümayəndələri ilə brifinq keçirildi və British Council- in Azərbaycan üzrə direktoru Elizabet Vayt, Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts və Nizami Kino mərkəzinin direktoru Leyli Mirzəyeva jurnalistlərin suallarını cavablandırdılar. Festivalın ilk açılış filmi “Nəfəs al” adlanırdı. Filmdən öncə “Həyat şirindir” adlı Bəkir Bəkirzadənin xatirəsinə həsr olnumuş Azərbaycan- Britaniya müştərək iş birliyindən ərsəyə gələn qısametrajlı film təqdim olundu. Sözügedən filmlərdən öncə, səhnəyə təşrif buyuran British Council- in Azərbaycan üzrə direktoru Elizabet Vayt, Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts və Nizami Kino mərkəzinin direktoru Leyli Mirzəyeva festival haqqında qısa fikirləri ilə media və izlyicilərlə bölüşdülər, gələcəkdə festivaln daha böyük töhvələr verəcəyini inamla vurğuladılar. Azərbaycan dilində fikiləri yazılı şəkildə oxuyan qonaqların düşüncələri zalda əyləşən eşitmə əngəllilər üçün jestikulyasiya ilə çatdırıldı. Nizamı Kino Mərkəzinin direktoru Leyli xanım öz növbəsində flmin sətiraltı yazılarla müşahidə olunmasına fikir bildirərək, ekran əsərinin eşitmə əngəlli insanlar üçün daha əlçatan olması haqqında da söz açdı. Azərbaycan.info saytının əməkdaşının: “Gələcəkdə Azərbaycan- Britaniya birgə Qarabağ müharibəssinə dair film çəkmək planının olub- olmamasına dair sualına”, British Council- in Azərbaycan üzrə direktoru Elizabet Vayt bu cür cavab verdi: - Biz daha çox dövlətlərarası mədəniyyət və əlaqələr üzrə olan layihələrə imza atmaqda maraqlıyıq. Bu sosail həyatla və ya hər hansı bir yeni icadlarla da bağlı ola bilər. Şəxsən mən artıq 4 ildir ki, Azərbaycandayam və bu qədim ölkənin mədəni zənginliyinə dair hər bir məsələ məni düşündürür və valeh edir. Xatırladaq ki, Nizami Kino Mərkəzində 1 maydan 6 maya qədər davam edəcək festivalda: “Nəfəs al”, “Dafna”, “Korluq haqqında qeydlər”, “Devid Boui”, “Tutqun işıqlar şəhəri”, “İngiltərə mənimdir”, “Baxıcı”, “Əyri ev” filmləri nümayiş olunacaq. Film- açılış olan “Nəfəs adlı” nümayiş etdirilən kino əsərində sevgi- dram süjeti əsasında məhəbbətə xatir yaşamq motivi biruzə verilir. Real hadisələr əsasında lentə alınmış filmin baş qəhrəmanı Robin Kaşnegir sevdiyi həyat yoldadşnın əzmkarlığı, diqqəti və sevgisi nəticəsində ağır paleomelit xəstəliyi ilə uzun illər yaşayır və hətta, beynəlxalq əlillər seminarına qatılaraq, əngəlli insanların hüquqlarını müdafiə edir, onların əlil arabaları, xüsusi hava boru mexanizmi ilə təchiz olunmuş kreslolarla təmin olunmasına dair böyük köməkliklər göstərir. Kaşneqiqnin həyat yoldaşı Diana onun ölməməsi üçün bütün gəncliyini sərf edərək, oğlu Conatanın atasız böyüməsinə imkan vermir. Xatırladım ki, qadın sevgisinin gücü ilə xəstəlik üzərində qələbə qazanan ailə melodramında yer almış övlad- Conatan, sonralar sözügedən filmin baş produseri olaraq, valideynlərinin əfsanəvi sevgilərini bir örnək kimi bütün dünyaya çatdırmışdır. Filmin əsas məqsədi: əlilliyə məhkum olan insanların ailəyə, yaşamağa haqqları olduqları və sevgi ilə sağ qalacaqları barədə izahdan ibarətdir. “Nəfəs al” (“Breathe”) filmi bütün həyatdan əlini üzmüş, əlil, ağır xəstəliyə duçar olmuş insanlara həyatın sınaqlarına qarşı mübariz olmağa səsləyən bir çağırışdır.

Aynur Nurlu



0 0



Şərhlər (Facebook)