Azərbaycan İnformasiya Agentliyi (AİA)


14 əsr əvvəl Quranda bildirilən həqiqət


14 əsr əvvəl Quranda bildirilən həqiqət

Quranda insanlar göylərin, yerin, dağların, ulduzların və s yaradılışı haqqında düşünülməyə dəvət edilir. Bunları araşdıran insan bütün varlıqlarda Allah’ın yaratma sənətini görəcək, beləliklə, özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi tanıya biləcək. Kainatda mövcud olan bütün sistemləri, canlı- cansız varlıqları araşdıran, gördükləri haqqında düşünən hər insan Allah’ın üstün ağlını, elmini və sonsuz gücünü görməyə başlayacaqdır. Kainatı və içindəki bütün canlıları araştırmağın və Allah’ın sonsuz yaratma sənətini insanlara göstərməyin yolu isə “elm”dir.
Yəqin ki, insanların çoxunun göy üzünü seyr etməyi xoşladığını görmüsünüz və ya eşitmisiz. Bəs göy üzünün nə üçün var olduğunu heç düşünmüsünüzmü?
Allah Quranda bu mövzuda düşünməyimizə diqqət çəkmişdir. Göyün quruluşu XX əsrdə elmi tədqiqatlar nəticəsində öyrənilmişdi. Yerin nüvəsini hər tərəfdən əhatə edən atmosfer təbəqəsi Yer üzündə həyatın varlığını təmin etmək üçün çox vacib funksiyaları yerinə yetirir. Yerə yaxınlaşan çoxsaylı böyük və kiçik kosmik daşları məhv edir, əridir və beləliklə, meteoritlərin Yerə düşməsinin qarşısını alır. Bundan başqa, atmosfer qatı canlı orqanizmlər üçün zərərli olan kosmik şüaları filtrdən keçirərək həyat üçün vacib olan zərərsiz şüaları, yəni görünən işığı, infraqırmızı şüaları və radiodalğaları yerə otürür. Atmosfer qatının müəyyən miqdarda ötürdüyü ultrabənövşəyi şüalar bitkilərdə fotosintez prosesində və Yer üzündə hər cür həyatın qorunması üçün çox vacib rol oynayır. Günəşdən gələn ultrabənövşəyi şüanın böyük hissəsi atmosferin ozon qatında ləngiyir və Yer səthinə onun yalnız həyat üçün vacib olan miqdarı çatır. Atmosfer qatının qoruyucu funksiyası bununla da bitmir. O, Yeri orta temperaturu -270C olan kosmik soyuğun buzundan qoruyur. Lakin yeri kosmosun zərərli təsirlərindən tək atmosfer qatı qorumur. Onunla yanaşı, zərərli şüalara qarşı "Van Allen qurşağı" sipər rolunu oynayır. Günəşdən və başqa ulduzlardan daima yayılan şüa insanlar üçün ölümcül dərəcədə qorxuludur. Günəşdə baş verən və "partlama" adlandırılan enerji partlayışları da xüsusi əhəmiyyət daşıyır. Onlar elə güclüdürlər ki, "Van Allen qurşağı" olmasaydı, Yer üzündəki bütün canlıları məhv edərdi. Yer kürəsinin xarici təhlükələrdən qorunmasını təmin edən, hər tərəfdən onu əhatə edən mükəmməl sistem var. Yer kürəsi səmasının bu cür qoruyucu funksiyasının mövcud olması 14 əsr əvvəl Quranda xəbər verilib:
"Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki, ayələrimizdən üz döndərirlər". (Ənbiya surəsi, 32)
İnsan aciz varlıq olaraq yaradılıb. Bu səbəbdən hər cür çətinliklə qarşılaşa bilər. Məsələn zəlzələlər, sellər, qasırğalar, vulkan püskürmələri tez -tez rast gəlinən hadisələrdir. Eyni şəkildə adamı mənəvi olaraq çətinliyə salan bir çox hadisə də var. Bu hadisələr qarşısında unudulmamalı bir gerçək var: İnsan nə qədər məşğul olursa olsun, nə qədər acizliyindən xilas olmağa çalışırsa çalışsın, Allahın diləməsi xaricində başına gələcək hər hansı hadisədən qoruna bilməz. İnsan üçün tək qoruyucu Rəhman olan Allahdır.

Nuriyyə Paşazadə


0 0



Şərhlər (Facebook)