Azərbaycan İnformasiya Agentliyi (AİA)


Uca Allahın ağlı, elmi və qüdrəti sonsuzdur


Uca Allahın ağlı, elmi və qüdrəti sonsuzdur

Nəzakət Bədirova

Uca Allah insanın məhdud ağlı ilə anlamaqda çətinlik çəkdiyi və heç bilmədiyi şeyləri yaratmağa qadirdir.Dünyada qullarına verdiyi ucu-bucağı olmayan hər şeyin xəzinəsi Onun qatındadır.Bəşər tarixinin başlanğıcından bu günə qədər milyardlarla müxtəlif insan tipi, milyardlarla fərqli barmaq izi yaratmışdır və istəyərsə, bu insanlardan sonsuz sayda yarada bilər.Uca Allah bizim görmədiyimiz bir çox aləmi və varlığı da yaratmışdır. Məsələn, Quranda bildirilən mələklər və cinlər fərqli aləmlərdə yaşayan varlıqlardır.Rəbbimiz sonsuz sayda kainat, sonsuz sayda varlıq, sonsuz sayda məkan yaratmağa qadirdir. Bundan başqa, hər birini çox fərqli xüsusiyyətlərlə yaratmağa qadirdir. Belə ki, axirətdə cənnəti və cəhənnəmi yaradacaqdır. Cənnət və cəhənnəm bizim dünyada bildiyimizdən çox fərqli bir yaradılışda olacaq. Allah sonsuz qüdrətini və elmini mövcud olan hər varlıqda göstərir. İnsan bədəninin hər təfərrüatındakı mükəmməllik, çiçəklərin görünüşündəki rəng, qoxularındakı gözəllik, göy üzünün və kainatın möhtəşəmliyi, planetlərin orbitlərindəki nizam, dənizlərin dərinliklərindəki balıqlar və ağlınıza gələn hər şeydə açıq görünən mükəmməlik və möhtəşəmlik Allahın varlığının və sonsuz gücünün açıq dəlillərindəndir. Allah insanların Onun böyüklüyünü qavraya bilmələri üçün kainatdakı nizamı saysız incəliklə birgə yaratmışdır. Quranda Allahın yaratdığı bu nizamdan bəhs edilərkən, "...Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz." (Talaq surəsi, 12) deyilir. Bu nizama elə xüsusiyyətlər daxildir ki, insan düşünməyə hardan başlayacağını bilə bilmir. Çünki Allahın ağlı, elmi və qüdrəti sonsuzdur. Tək bir hadisənin daxilində dilədiyi qədər incə məqamlar meydana gətirir.Uca Allahın elminin sonsuzluğunu düşünmək və Onun qədrini haqqı ilə təqdir etməyə çalışmaq iman edənləri Allaha yaxınlaşdıran vacib ibadətdir. Uca Allahı, yaratma sənətindəki üstün ağılı və elmi təfəkkür etmək də mühüm amillədən biridir. Allah sonsuz qüvvət və qüdrət sahibidir. Ayələrdə də bildirildiyi kimi bir şeyin olmasını istədiyi zaman ona yalnız ‘Ol' deyər və istədiyi şey dərhal olar. Allah ‘Ol' dedikdən sonra reallaşmayan heç bir hadisə yoxdur. Şübhəsiz ki, bu Allahın əzəmətinin, kainatdakı hakimiyyətinin açıq-aşkar təcəllisidir. İnsanlar yer üzündə bəzi səbəb-nəticə əlaqələrinə bağlı olaraq yaşayırlar. Məsələn, onlar yer üzündə sabit dayana bilmələri üçün cazibə qüvvəsindən, gəmilərini suda üzdürə bilmələri üçün suyun qaldırma qüvvəsindən və daha saysız-hesabsız səbəbdən, qanunlardan asılıdırlar. Halbuki, Allah bütün bunlardan münəzzəhdir. Çünki bütün səbəbləri və bunlardan yaranan bütün nəticələri yaradan Odur. Allah hər şeyi müəyyən qanunlar, səbəb-nəticə əlaqələri çərçivəsində yaradır və beləliklə insanları sınayır, kimin həqiqətən Ona qulluq edəcəyini, kimin də başqa ilahlar qəbul edərək Onu inkar edəcəyini seçir. Heç şübhəsiz ki, Allah üçün səbəbsiz yaratmaq çox asandır.Allahın gücünün və böyüklüyünün sərhədsizliyini, hər şeyin Onun diləməsi ilə istədiyi zaman reallaşdığını qavramağa çalışmaq lazımdır. Qurana baxdığımızda Rəbbimizin sonsuz gücü ayələrdə belə xəbər verildiyini görürük:
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255) Allah kainatdakı bütün canlıları öz hakimiyyəti altında saxlayır; torpağın içinə atılan minlərlə toxumun nə vaxt cücərəcəyini, bir quyruqlu ulduzun dünyanın neçə kilometr uzaqlığından keçəcəyini, hansı canlının nə vaxt doğulacağını və nə vaxt öləcəyini, atomun nüvəsinin ətrafında fasiləsiz olaraq dövr edən elektronların orbitlərini və burada saya bilməyəcəyimiz hər şeyi bilir. Allah sonsuz böyüklüyü ilə yer üzündə yaşayan bütün insanların ağlından keçən düşüncələrə, hamısının şüur altına, gördükləri işlərindəki niyyətlərinə də hakimdir.Allah hamısının qədərini ən incə təfərrüatına qədər təyin edir. Qeybin elmi yalnız Allaha məxsusdur. Allahın sonsuz ağlını, elmini, bağışlamasını, mərhəmətini və əzabını insanın qavraması qeyri-mümkündür. Allah dilədiyi hər şeyi yaratmağa qadirdir.Heç kim Onun qərarlarına kiçik bir müdaxilə belə edə bilməz. Allah kainatdakı hər hansı bir canlı üçün zərər diləyərsə, onu heç kim aradan qaldıra bilməz, rəhmət dilədiyində də Onun rəhmətinə heç kim mane ola bilməz.
İnsanın vəzifəsi isə sadəcə bu cür böyük gücün qarşısında hörmət dolu bir qorxu ilə səcdə etmək, hər şeyin hakimi olan Rəbbimizə sığınıb özünə mərhəmət etməsini istəməkdir. Çünki Allah mərhəmət etməsə, insanın xilas olması mümkün deyil.
Bu, belədir. Çünki Allah Haqdır. Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür. Bu, belədir. Çünki Allah Haqdır. Ondan başqa ibadət etdikləri isə batil (bütlərdir). Həqiqətən, Allah ən ucadır, ən böyükdür. (Loğman surəsi, 30 Həcc surəsi, 62)


0 0



Şərhlər (Facebook)