Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ağstafa rayon Qarahəsənli kənd sakini Mustafayev Rafət Vəli oğlu Prezidentə müraciət etdi


Ağstafa rayon Qarahəsənli kənd sakini Mustafayev Rafət Vəli oğlu Prezidentə müraciət etdi

Ağstafa rayon Qarahəsənli kənd sakini Mustafayev Rafət Vəli oğlu Prezidentə müraciət etdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə
Ağstafa rayon Qarahəsənli kənd sakini Mustafayev Rafət Vəli oğlu tərəfindən


Ş İ K A Y Ə T


Hörmətli cənab Prezident!

Bildirirəm ki, mənim yetkinlik yaşına çatmayan və psixi xəstə olan oğlumun taleyi ilə oynayan Qazax rayon Prokurorluğu ilə bağlı olan şikayətimi Baş Prokuror Zakir Qaralova bildirmək üçün bir neçə aydır ki, onun qəbuluna yazılmaq üçün dəfələrlə rəsmi müraciət etmişəm. Lakin məni qəbul etmir, mənə heç bir məlumat verilmir. Mən Qazax rayon Prokurorluğundan şikayət etmək istədiyim üçün məni qəbula yazmırlar.
Sizin göstərişinizə əsasən bütün nazirlər, prokurorlar, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri vətəndaşları qəbul edib onların şikayətlərini dinləməlidir. Sizin bu tapşırığın Baş Prokurorluqda keçərli olmaması bizi çox narahat edir.
Sizdən xahiş edirəm ki, mənim Baş Prokuror tərəfindən qəbul olunub dinlənilməyim üçün ciddi göstəriş verəsiniz.
Əvvəlcədən minnətdarlığımı bildirirəm!


Hörmətlə!
Mustafayev Rafət



0 0



Şərhlər (Facebook)