Azərbaycan İnformasiya Agentliyi (AİA)


Adnan Oktarın telekanalı İŞİD-ə dəstək verdiyi üçün bağlandı


 Adnan Oktarın telekanalı İŞİD-ə dəstək verdiyi üçün bağlandı
Türkiyə Radio və Televiziya Qurumu canlı yayımda terror təşkilatı İŞİD haqqında dəstəkverici ifadələr işlədildiyi üçün, Adnan Oktarın A9 TV telekanalına sanksiya tətbiq edib. Xəbər verilir ki, Türkiyə Radio və Televiziya Qurumunun yaydığı açıqlamada Adnan Oktarın A9TV kanalında yayımlanan bir proqramında İŞİD-i açıq şəkildə dəstəklədiyi bildirilir. “İŞİD-i müdafiə edən yayıma və qanunun “Terror təşkilatı güclü və haqlı göstərilə bilməz” müddəasına görə, A9 TV kanalına sanksiya tətbiq edilmişdir” deyə Türkiyə Radio və Televiziya Qurumunun yaydığı açıqlamada qeyd olunur.


0 0



Şərhlər (Facebook)