Azərbaycan İnformasiya Agentliyi (AİA)


Başçı pulları yedi, sakinlər yolsuz qaldı-Ucarda


Başçı pulları yedi, sakinlər yolsuz qaldı-Ucarda
Ucar rayon sakinləri tərəfindən korrupsiya faktı barədə məlumatlar yayılmaqdadır. Narazı vətəndaşlar DİA.AZ-a yazır:
"Bu şikayət ərizəmizdə yazıb sizə bildiririk ki, hazırda Quba Rayon İcra Hakimiyyəti başçısı olan Yaşar Məmmədov dövlət büdcəsindən ayrılmış 4 milyon 700 min manat pulu təyinatı üzrə xərcləməyib mənimsədiyi üçün nəticədə 4 kəndin əhalisi yolsuzluqdan əziyyət çəkir. (Qeyd edək ki, həmin vaxt Yaşar Məmmədov Ucar Rayon İcra başçıs idi.) Prezidentin 16 sentyabr 2013-cü il tarixli sərəncamı ilə səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Türkəci-Ənvər Məmmədxanlı-Çiyni-Bərgüşad avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən dörd milyon yeddi yüz min manat Ucar Rayon İcra Hakimiyyətinə pul ayrlmış və 16 km uzunluğunda avtomobil yolu tikilmişdir. Ancaq 3 il əvvəl tikintisi 4 milyon 700 min manata başa gələn həmin yol hazırda dağılaraq yararsız vəziyyətə düşmüşdür.Bütün bunlar onu deməyə əsas verir ki, dövlət büdcəsindən ayrılmış 4 milyon 700 min manat pul təyinatı üzrə xərclənmədən böyük hissəsi mənimsənildiyindən yol tikintisi keyfiyyətsiz olduğu üçün tez bir zamanda dağlıb yararsız vəziyyətə düşmüşdür. Yaşar Məmmədov vəziifə səlahiyyətlərindən sui istifadə edərək dövlətin ayırdığı küllü miqdarda pulun böyük hissəsini talan etdiyi üçün indi yol tamamilə dağılmışdır.Bu korrupsioner icra başçısının cinayət əməli nəticəsində 4 kəndin əhalisi yolsuzluqdan əziyyət çəkirirk.Ayrılan pul düzgün xərclənsəydi avtomobil yolu 30-40 il istifadə edilərdi.Bu barədə biz kənd sakinləri Prezident cənab İlham Əliyevə , Baş Prokurora və digər aidiyyatı qrumlara şikayət ərizələri ilə müraciət edib bu korrupsiya cinayətini araşdırıb tədbir görməsini xahiş etmişik.Biz inanırıq ki, prezident cənab İlham Əliyev bu açıq-aşkar korrupsiya cinayətinə görə icra başçıs Yaşar Məmmədovun barəsində dərhal cinayət işinin başlanılıb qanunu tədbirlər görülməsinə tapşırıq verəcək. Mətbuat vasitəsi ilə də Prezident cənab İlham Əliyevə müraciət edirik cənab Prezident siz 4 kəndin əhalisinin rifahının yaxşılaşdırılması üçün yeni yolun çəkilməsi üçün dövlət büdcəsindən 4 milyon 700 min manat pulun ayrılmasına dair sərəncam imzaladınız.Buna görə sizə çox minnətdarıq.Ancaq həmin pulun böyük bir hissəsini icra başçıs Yaşar Məmmədov mənimsədiyi üçün indi həmin yol dağılıb yararsız vəziyyətə düşüb.Yaşar Məmədov kimi yaramazın yeri vəzifə yox həbsxana olmalırdır.Gördüyünüz kimi bu adam quldurdu.Sizdən xahiş edirik onun barəsində ciddi tədbirlər görəsiniz.



İmza; Əliyev Bahadur Məhəmməd oğlu Ucar rayonu Bərgüşad kəndi
Salmanov Kamal Əli oğlu Bərgüşad kəndi
Rəhimov Soltan Ağasəf oğlu Bərgüşad kəndi

Qasımov Davud Nüsrət oğlu Türkəci kəndi
Lətifov Vaqif Faiq oğlu Türkəci
Səlimov Qorxmaz Tofiq oğlu Türkəci kəndi

Məmmədov Səbuhi Gülağa oğlu Çiyni kəndi

Babayev Zamin Qədir oğlu Çiyni kəndi və digərləri
Səmədov Əli Dadaş oğlu Ənvər Məmmədxanlı kəndi (055) 893-43-25 Quliyev İlham Sabir oğlu Ənvər Məmmədxanlı kəndi"

Qarşı tərəfi də dinləməyə hazırıq...


0 0



Şərhlər (Facebook)