Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ağcabədi təhsilində payız yığımı kompaniyası


Ölkədə aparılan islahatlar zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının çıxışlarında qeyd etdiyi tövsiyələri və Təhsil Naziri Mikayıl Cabbarovun əmrlərinin qulaq ardına vurulması qəbul edilməz və izaha açıq olan mövzu belə deyildir.
BakuNews.az-ın media üzərində apardığı araşdırmalardan məlum olub ki, Ağcabədi Təhsilində rüşvət tüğyan edir. Amma, bu günə qədər RTŞ müdirinə bununla bağlı nə araşdırma göndərilir nə də gözün üstə qaşın var deyən tapılmayıb. Belə ki, Ağcabədi RTŞ-nə yenicə təyin edilən Solmaz Rəhimova vəzifə başına keçər keçməz rayonun təhsilində qara günlər başlayıb. Ağcabədi RTŞ-də baş verən özbaşınalıqlarla bağlı BakuNews.az-a məlumat verən mənbə qeyd edir ki, RTŞ müdiri S.Rəhimova vəzifəyə gəlməsi münasibəti ilə rayonun bütün məktəb direktorlarından 500 manat təbrik hədiyəsi yığıb. Bu xanım rəhbəri müdafiə edən yüksək çinli məmurun kimliyi bu gün də medianın əsas araşdırma mövzusundan birinə çevrilib.
Düzdür 500 istəsə də bunu tam verməyə imkanı olmayan direktorlar da az olmayıb. Nəzər alsaq ki, rayon üzrə RTŞ nəzdində 67 məktəb fəaliyyət göstərir bu məbləğ heçdə balaca məbləğ deyil (67x500=33500). İlk vəzifə təyinatı günündə 33500 manat heçdə az məbləğ deyildir…

Jurnallar niyə yığıldı?

Ağcabədi RTŞ-sində qanunsuzluqlar bununla bitmir. Qanuna zid addımlar ard-arda atılaraq həm təhsilin inkişafına həm də rüşvətin burulğanının böyüməsinə şərait yaradır. RTŞ-nin rəhbəri S.Rəhimova Humanitar şöbənin müdiri Naibə Mustafayeva ilə birlikdə törətdikləri qanunsuzluq heç bir Təhsil Şöbələrində görünməmişdir. Belə ki, bu şəxslərin birlikdə kənd orta məktəblərini reyd etməsi və bu reydlər zamanı Arasbar və Yuxarı Qiyaməddinli kəndlərində olarkən məktəbin sinif jurnalarını özləri ilə götürərək direktorları çıxılmaz vəziyyətə salıblar. Özləri ilə gətirdikləri jurnalları direktorlara məhz rüşvət qarşılığında geri vermişdirlər – deyə mənbə qeyd edir.

Yuxarıda qeyd edilən faktlarla bağlı prakrorluğada şikayət edildiyi qeyd edilir.My Webpage

Zeynalov – 3 saylı məktəbdə işlədiyi dövrdə törətdiyi əməlini media nümayəndəsi “Dosye.org” saytında bu barədə məlumat dərc edilmişdir. Törətdiyi əmələrin mediada dərc edildikdən sonra direktor Tofiq Zeynalovu işindən azad edir. Çox keçmir ki, T.Zeynalov əlaqələrini işə salaraq dostu debutat Tahir Rzayevi işə cəlb edərək d[/url]aha da irəliyə çəkilir… Beləliklə T.Zeynalov Təhsil Şöbəsinə Metodist təyin edilir…
Hətta, 2016-cı ilin sentyabr ayında keçirililən kirikulum imtahanlarına da hər bir müəllimdən 100 manat olmaqla müdir əvəzi Əfrasiyab Məəmədov və metadist Əli Əhmədov tərəfindən pullar yığıldığı bildirilir. Bu barədə Koorupsiyaya qarşı mübarizə idarəsinə şikayət olduğu da verilən məlumatlar sırasındadır. Təhsil nazirliyiniynin əməkdaşları Almaz xanım və Orxan müəllim faktı yerində aşkarlasa da müvafiq tədbirlərin görülməməsini bildirən təhsil işçisi bildirir ki, nədənsə faktların ört-basdır edilməsinə müvəffəq olundu.
Qayıdaq Tofiq Zeynalova. Bu müəllim çox savadlı, hətta onun beyninin məhsulunun orta məktəblərdə dərslik kimi tədris olunduğu bildirilir. Amma, nə fayda, əxlaqi keyfiyyətləri onun bu nəcib əməllərinin üstündən xətt çəkir. Təəssüflər olsun ki, media üzərindən aparılan qısa araşdırmalar onun haqqında deyilənlərin nə qədər doğru olduğunu göstərir. Hələ 3 saylı məktəbdə işləyərkən onun Azərbaycan əxlaqına və mentalitetinə yaraşmayan hərəkətləri özünün işdən getməsinə səbəb olur. Bu barədə mətbuatda yazılıb.
Sonradan deputat dostunun geniş əlaqələrindən bəhrələnərək daha yağlı vəzifəyə çəkilir. Təhsil şöbəsinə metadist təyin edilir. Dəhşətlisi odur ki, eyni məktəbdə adı qalmaqalda hallanan xanım da yuxarı vəzifəyə çəkilərək təhsil şöbəsinə Tibbi-Pedaqoji komissiya kimi ciddi bir işə səddr təyin olunur. Qeyd edək ki, bu barədə də aidiyyatı qurumlara dəfələrlə şikayət olunub. Bunların nəticəsidir ki, Tofiq Zeynalov iki dəfə, Əfrasiyab Məmmədov isə bir dəfə Təhsil nazirliy tərəfində 2016-cı ildə töhmət almışlar.

13 şagirdin əvəzinə kimlər imtahana buraxıldı?

2016-2017-ci il tədris ilin yekununda ali məktəb imtahanlarına 5 saylı məktəbdə, 13 nəfər şagirdin əvəzinə başqa şəxslər imtahana buraxılıb. Həmin fakt imtahan vaxtı aşkar olunsa da Solmaz Rəhimova əlaqələrin işə salaraq Dövlət İmtahan Şöbəsinin əməkdaşı Rəfail adlı şəxslə əlaqəyə girib. Və Rafayıl müəllim işi ört-basdır edib. Qeyri-qanuni əmələrin yayılmasının qarşısını aləb.

Muzeylərə hər ay beş manat


Məsələ tək bununla bitmir, Solmaz Rəhimovanın vəzifəyə gətirildiyi gündən bu günə kimi metodist Tofiq Zeynalov hər bir direktordan aylıq 5 manat “Muzey” pulu adı ilə ayda 335 manat yığmaqdadır. “İllik hesabatda bu məbləğ 335x12=4020azn edir”. Hansı “muzey”ə və kimin tapşırığı əsasında bu 4020 manat yığılması isə müəmma olaraq qalmaqdadır.
BakuNews.az-a verilən məlumatda həmçinin oda qeyd edilir ki, İdarənin inspektoru İbrahim Vəliyevin hər bir direktordan aldığı pulun miqdarı 50-150 manat arasında dəyişdiyi bildirilir. İstənilən rayon tədbiri müəllimlərin gününü qaraldır. Belə ki, yuxarının göstərişidir deyə yenə də müəllimlləri tələyə salırlar. Bu işlərin əsas aparıcısının isə şöbənin metadisti Əli Əhmədovun olduğu bildirilir.
Məsələ təkcə bununla bilmir vay o günə ki, rayon icra hakimiyyəti tərəfindən hər hansı bir tədbir keçirilə bax həmin gün direktorların qara bayramı qeyd edilir. Rayonda keçiriləcək hər tədbir üçün məktəb direktorları qeyri qanuni olaraq pul ödəmək məcburiyyətində qalır. Həmçinin bu məsələ ilə bağlı rayon üzrə baş verən aylıq tədbirlərin sayını hesabladıqda və 67 direktorun verdiyi məbləğin həcmi digər məbləğlərdən daha çox olduğunu müşahidə etmiş olarıq.

BakuNews.az xəbər verir ki, 2016-cı ilin sentyabrında keçirilən krikulum imtahanlarına görə, RTŞ ərəfindən rayon müəllimlərinin 100 nəfərindən hər bir müəllimdən 100 azn məbləğində pullar yığılıb bu isə artıq 10.000 manata deməkdir. Bu pulları isə etibarlı mənbə bildirir ki, RTŞ-nin müdür müavini Əfrasiyab Məmmədov və RTŞ-nin Metodist kabinet müdiri ƏLİ ƏHMƏDOV tərəfindən pulların yığıldığı bildirilir. 10 min manatın yuxarıda adları qeyd edilənlərin yığması ilə bağlıda məhz Nazriliyə şikayət olunub. Nazirliyə daxil olan şikayət məktubu na cavab olaraq RTŞ yoxlama aparılaraq fakt öz təsdiqini tapmış və bundan sonra nazirliyin əməkdaşları Almaz və Orxan adlı şəxslər məsələnin tam çırpaqlığı ilə aşkarlamalarına baxmayaraq faktla bağlı heç bir tədbir görülməmişdir.

Bütün bu və digər verilən məlumatlarla bağlı aparılan araşdırmalarımızı daha geniş formada sizlərə təqdim edəcəyik.

Redaksiyadan: Yazıda adları keçən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.

BakuNews.az



0 0



Şərhlər (Facebook)