Azərbaycan İnformasiya Agentliyi (AİA)


Əkbər Həsənov Milli Hidrometrologiya Departamentinə necə direktor təyin olundu?


Əkbər Həsənov nazirə qarşı

Azerbaycaninfo.az-a Milli Hidrometrologiya Departamentin direktoru haqqında ilginc məlumatlar daxil olub. Sabirabaddan olan mənbə bildirir ki, Əkbər Həsənov departamentin fəaliyyətini bərbad hala salıb. Xəlil Ramazanovun varisi kimi idarədə adı hallandırılan Əkbər Həsənovun rəhbərliyə gəlişindən sonra departamentin fəaliyyəti bərbad hala düşüb. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidməti Nazirliyin 2002-ci il 30 dekabr tarixli 2633/ü nömrəli Əmri ilə çevrilmə şəklində yenidən təşkil edilmiş və Nazirliyin Milli Hidrometrologiya Departamenti adlandırılmışdır. Departanment Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində hidrometroloji şərait və iqlim xüsusiyyətləri üzərində müşahidələr aparan, onların təhlilini və proqnozlaşdırılmasını həyata keçirən, bu sahədə milli və beynəlxalq tələbatın ödənilməsi üçün hidrometroloji xidmətləri həyata keçirən orqandır. Departament, onun qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq əhalini, idarə, müəssisə və təşkilatları qanunvericilikdə nəzərdə tutulmuş qaydada hidrometroloji məlumatlarla, təhlükəli atmosfer hadisələri haqqında xəbərdarlıqlarla, metroloji və aqrometroloji proqnozlarla, iqlim xarakteristikaları, səth sularının hidroloji həcmi, Xəzər dənizinin hidrometroloji xüsusiyyətləri haqqında məlumatlarla təmin edilməsi, hidrometroloji məlumatların operativ olaraq yığılmasını, yoxlanmasını, təhlil edilməsini, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada yerli, regional və beynəlxalq təşkilatlara yayımlanması və bir çox digər funksiyaları yerinə yetirir. Lakin daxil olan məlumatlarda vurğulanır ki, departamentin direktoru nazirin etimadını heç cür doğrulda bilmir. Mənbə iddia edir ki, məhz Əkpər Həsənovun rəhbərliyə gəlişindən sonra departamentin fəaliyyəti bərbad hala düşüb.

Departamentdə qeyri-ixtisas sahibləri

Qurumun səlahiyyətinə aid olan məsələlərin həyata keçirilməsində nöqsanlar müşahidə edilməkdədir. Belə ki, hidrometroloji müşahidələrin təşkili, aparılması, proqnozlar və xəbərdarlıqların hazırlanması, o cümlədən respublika ərazisinin hidrometroloji rejiminin və iqlim xüsususiyyətlərinin öyrənilməsi sahəsində vəziyyət ürəkaçan deyil. Departament direktoru ətrafına bu sahədən kifayət qədər anlayışı olmayan təcrübəsiz şəxsləri yığıb. Buna görə də departamentə tabe olan şöbələrdə acınacaqlı vəziyyət hökm sürür. Departamentdə qeyri-ixtisas sahibləri məhz Əkpər müəllimin direktorluğu vaxtında çoxalıb.

Umarya Tağıyevanın “torba”sını kim tikdi?


Hətta, bəzi ehtimallara görə, proqnozlar bürosunun keçmiş rəhbəri, yüksək ixtisaslı Umayra xanım da Xəlil Ramazanov və Əkpər müəllimin qeyri-qanuni əməllərinə dözməyərək işindən istefa verib. Daxil olan məlumatda deyilir ki, Əkbər Həsənovun departamentin baş mühasibi İlqar Hacıyevlə birləşərək yol verdikləri qanunsuz əməllərin sayını yazmaqla qurtarmır.

Departamentdə “Ölü” canlar

Departamentin rayon və bölgələrdə yerləşən stansiyalarında isə, "ölü canlar”ın mövcud olması barədə iddialar irəli sürülür. Adı olub özü olmayan əməkdaşların maaş kartları isə, İlqar Hacıyevin otağında saxlanır. Həmçinin mənbə iddi edir ki, departamentin keçirdiyi tender maxinasiyaları haqqında da konkret faktlar var. Qeyd edək ki, Əkbər Həsənov 1979-cu illərdə Azərbaycan Dövlət Universitetini bitirib. Bu xüsusda təqdim olunan açıqlamada isə, Xəlil Ramazanovun ali təhsil haqqında sənədinin də saxta olmasına dair iddia ortaya qoyulur. Qeyd edək ki, Əkbər bəyin Şirvan şəhəri və Sabirabad rayondakı iaişə və ticarət obyektlərinin olması barədə də məlumat verilir. İddia olunur ki, kafe və ticarət obyektlərinə direktor xırda məvaciblə necə sahib olub(bu barədə sonra)
Azerbaycaninfo.az
P.S.qeyd edək ki, yazıda sadalanan faktların nə dərəcədə reallığı əks elətdirməsi barədə bir söz deyə bilmərik. Həqiqət budur ki, mənbənin verdiyi məlumatları cavabdeh tərəf nə təsdiq, nə də təkzib edir.


0 0



Şərhlər (Facebook)