Azərbaycan İnformasiya Agentliyi (AİA)


Vergilər Nazirliyinin müşavirinin milyonluq sərvəti – Çexiyada hotel, villalar, lyuks maşınlar…


Vergilər Nazirliyinin müşavirinin milyonluq sərvəti – Çexiyada hotel, villalar, lyuks maşınlar…

Vergi Nazirliyində Büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri Habil Məmmədovla bağlı redaksiyaya daha maraqlı məlumatlar daxil olub.

Azerbaycaninfo.az Unikal.org-a istinadən bildirir ki, nazir müşavirinin həm ölkə daxilində, həm xaricdə biznes qurumları, obyektləri və lyuks avtomobillər kolleksiyası var. Belə ki, onun Novxanıda, Bilgəhdə,Şüvəlanda və şəhərin bir neçə yerində villalarının olduğu, hündürmərtəbəli binaların altında 5-10 min kv metrlə olçülən obyektləri var.

Eyni zamanda, Ə.Rəcəbli küçəsində hotelinin də olduqu bildirilir. Bunlarla yanaşı, Habil Məmmədovun Çexiyada da qiyməti bir neçə milyon dollarla ölçülən hotelə sahib olduğu da söylənilir.

Vergi məmurunun qiyməti 200 min-dən yuxarı olan bir neçə avtomobilinin olduğu bildirilir. Onun avtomobil kolleksiyasında Brabus, Lexud, Mercedes S clas və digər markalar yer alır.İstinad olunan mənbə bu linkdir:My Webpage
Azerbaycaninfo.az olaraq qarşı tərəfin yazılanlara münasibətini öyrənməyə çalışdıq, məlumat nə təsdiq, nə də ki, təkzib olundu.


0 0



Şərhlər (Facebook)