Azərbaycan İnformasiya Agentliyi (AİA)


Şamuyanın qızı Füzuli təhsil şöbəsinə necə müdir gətirildi-Alı Alıyevin ermənipərəst olduğu məlum oldu


Şamuyanın qızı füzuli təhsil şöbəsinə necə müdir gətirildi-Alı Alıyevin ermənipərəst olduğu məlum oldu

Bir daha Ramella Məmmədovanın Füzulu rayon təhsilinə rəhbər vəzifəyə necə gəlməsi barədə…

Məlum olduğu kimi, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) görəvdən alınan generalı Sübahir Qurbanovun himayəsindən məhrum olan qudası – Füzuli rayon Təhsil Şöbəsinin (RTŞ) sabiq müdiri Almaz Həşimova da öz vəzifəsi ilə vidalaşmaq məcburiyyətində qaldı. Yaranmış fürsəti isə çoxdan bu posta göz dikmiş şəxs – Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Füzuli rayon Komitəsinin sədri Ramella Məmmədova qaçırmadı. Amma necə?

Etibarlı mənbədən RealMedia.az-a bildirilir ki, R. Məmmədova şöbə müdiri kreslosunu ələ keçirməkçün xeyli xərc çəkib. Ona həm maddi, həm mənəvi dəstəyi əlbəttə ki, sədaqətli həyat yoldaşı Tofiq müəllim göstərib. Hərçənd, Ramella xanımın planının baş tutması üçün hakimiyyətin yuxarı eşelonunda bir neçə rayonun, o cümlədən, Füzulinin kuratoru olan cənab Əhməd Əhmədzadənin sözü həlledici olub. İqtidar sahibinin diqqətini çəkmək üçün ər-arvad cütlüyünün iki nəfərin vasitəçiliyindən istifadə etdiyi deyilir. Ramella xanımın ağız açdığı birinci şəxsin – Füzuli RTŞ-nin baş mühasibi Mənsurə Ağayevanın (Ə.Əhmədzadənin baldızı) səyləri tam yetərli olmayıb. Bu halda Tofiq müəllim ehtiyat kartı işə salıb və onun ümidləri özünü doğruldub…

Hələ bir müddət əvvəl, Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tofiq Zeynalova “Şöhrət” ordeni veriləndə onun Füzulidən olan adaşı Zeynalov Tofiq müəllim dost-tanışlarının zarafatına tuş gəldi. Tofiq müəllim onu “təbrik” edənlərə yarızarafat, yarıgerçək belə cavab verirmiş ki, onu icra başçısı edəcək qədər imkan və qabiliyyəti, həm də havadarı var. Üstəlik əlavə edirmiş ki, hələ də rayon rəhbəri olmaq arzusunu dəfn eləməyib. Lakin Ramella Məmmədovanın karyerada irəliləməsi üçün imkan yaranan kimi Tofiq müəllim öz şəxsi planlarını bir kənara qoyub və “kozır”ını həyat yoldaşının nəfinə xərcləməli olub.

RealMedia.az xəbər verir ki,son dəqiqləşdirmələrdən sonra Ramella Məmmədovanın “möhürünü düzüb-qoşan” həmin şəxsin kimliyini açıqlayacaq, həmçinin ziyalı cütlüyün RİH başçısı Alı Alıyevlə “mehriban düşmənçiliyinə” dəlalət edən məqamlara işıq tutacağıq. İstinad olunan mənbə bu linkdir:My Webpage

RealMedia.az
Azerbaycaninfo.az saytı olaraq materialda səslənən faktları araşdırmaq üçün qarşı tərəflə əlaqə saxladıq. Faktları nə təsdiq, nə də ki təkzib etdilər.


0 0



Şərhlər (Facebook)