Azərbaycan İnformasiya Agentliyi (AİA)


"Əfqan” tikinti şirkəti Şəkidəki aksiyaları alovlandırır


Əfqan” tikinti şirkəti Şəkidəki aksiyaları alovlandırır

Bir şikayət ərizəsinin izi ilə bu dəfəki səfərimiz Şəki şəhərinədir. Qədim Şəki şəhəri.
Şəhərə girəndə ilk öncə şəhər bizə müharibə meydanını xatırladırdı. Hər tərəf dağıdılmışdı. Şəhərdə su-kanalizasiya xətlərinin bərpası işləri aparılmalı olsa da heç yerdə işçilər gözə dəymirdilər. Hər yeri qazıb çıxıb getmişdilər.
Beynəlxalq Lahiyə çərçivəsində su-kanalizasiya sistemlərinin dəyişdirilməsi ilə məşqul olan “Əfqan” tikinti şirkətinin səriştəsizliyi nəticəsində Şəki şəhər sakini Nuhov İlham Abduləli oğlunun yaşadığı bina uçmuş, ona külli miqdarda maddi ziyan dəymişdir. Dörd aydır ki, bir ailə evsiz-eşiksiz qalmış, həmin küçədə gediş-gəliç iflic vəziyyətə düşmüş, bu isə sakinlərin haqlı narazılığına səbəb olmuşdur.”Əfqan” tikinti şirkətinin rəhbərliyi uçmuş evə dəyən ziyanın “Paşa Sığorta” tərəfindən ödəniləcəyini desə də hələ ki, bir nəticə əldə olunmayıb.
Sakinlər kameralarımızı görüb sikayətlərini bizim vasitımizlə yuxarılara çatdirmağı xahiş etdilər.
Mülk sahibi ev uçan zaman evdə olmamasına baxmayaraq şirkətin əməkdaşları evin əşyalarını icazəsiz olaraq çıxarıb küçəyə yığmışlar.
Iddialara görə “Əfqan” tikinti şirkəti baş nazirin müavini, əslən şəkili olan Abid Şərifova məxsusdur. Lakin onun işlərini vaxtilə Şəki Beton zavodunun direktoru işləmiş Nəsir müəllim aparır. O Nəsir müəllim ki, şəkililərin dediyinə görə, vaxtilə beton zavodu yeyib talayıb yoxa çıxarmışdır.
Gəlişimizi eşidib hadisə yerinə təşrif buyuran Əfqan şirkətinin məsul əməkdaşı Sərdar müəllim suallarımıza cavab verməkdən yayınaraq harasa zəng vurmağa çalışırdı. Lakin biz Əfqan şirkətinin Şəki şəhərindəki ofisinin rəhbərlərindən birilə-Bəhram Əmirovla görüşməyə nail olduq. Çəkilişə razı olmayan Bəhram müəllim ilk öncə aqressiv olsa da sonradan suallarımıza səmimi casvab verdi və bildirdi ki, “Biz Şəkidə apardığımız işləri “Paşa Sığorta”da bir milyon manat dəyərində sığortalamışıq. Əvvəllər də iki dəfə belə hadisə olub. Amma “Paşa Sığorta”dan bir qəpik də ala bilməmişik. Bəli, İlham Nuhovun evi bizim səhfimiz ucbatından uçmuşdur. Biz isə işimizi sığorta etdrdiyimiz üçün dəyən zərəri Paşa Sığorta ödəməlidir. Yəqin siz də bilirsiniz ki, bu sığorta kimlərə məxsusdur. Ona görə də nə onların yaxasından yapışa, nə də məhkəməyə müraciət edə bilirik. Tutarlar qulağımızdan atarlar içəri. Siz elə danişirsınız ki, elə bil Azərbaycanda yaşamırsınız. Kimdi bu ölkədə qanuna baxan. O ki, ola “Paşa Sığorta”ya” – deyə Bəhram Əmirov bildirdi.
Qarşı tərəfin səslənən fikirlərə münasibətini dərc etməyə hazırıq.
Azerbaycaninfo.az
Aşağıdakı videoyo baxmaqla məlumatlanacaqsınız;



0 0



Şərhlər (Facebook)