Azərbaycan İnformasiya Agentliyi (AİA)


ADPU-nun Zaqatala filialının direktorundan birinci vitse-prezident Mehriban Əliyevaya - ŞİKAYƏT


ADPU-nun Zaqatala filialının direktorundan birinci vitse-prezident Mehriban Əliyevaya - ŞİKAYƏT

"Orucəli Rzayev bizim nəinki əmək haqlarımızı, hətta oturduğumuz iş yerlərimizə kənar şəxslərdən 3, 5, 7 min manat məbləğində rüşvət alaraq yeni işçilər götürdü"

Azerbaycaninfo.az xəbər verir ki, şikayətlə bağlı bolgexeber.com-un redaksiyasına Orucəli Rzayevin fəaliyyətindən şikayət məktubu daxil olmuşdur. Daxil olan müraciətdə bir qrup alim və pedoqoji işçilər maaşlarını ala bilmədiyi üçün filial direktorundan narazılıq edir. Həmin şikayət məktubunu olduğu kimi təqdim edirik:

“Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala fillialının 150-yə yaxın alim və pedoji işçiləri adından Azərbaycan Respublikasının birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya müraciəti:

Hörmətli Mehriban xanim!


Bildiririk ki, ADPU –nun ADİU - Zaqatala filialı kimi davam etdirməsi üçün cənab Prezidentin imzaladığı sərəncam filialda çox böyük sevinclə qarşılandı. Lakin sevincimiz çox az çəkdi.Belə ki, verilən sərəncamdan filialın direktoru Orucəli Rzayev öz çirkin məqsədləri üçün istifadə etməyə başladı. Hələ 2015-2016 –cı tədris ilində AMİ – nin Zaqatala filialına qəbulun dayandırıldığı halda 65 nəfər yeni işçı götürüldü. Digər müəssisələrdə işlərin öhdəsindən gələ bilməyən, savadsız, ali təhsili bəlli olmayan, qeyri – ixtisaslı insanlar işə götürüldü. Bu isə tədris prosesinə mane olmağa başladı.Nizam – intizam pozuldu.Tədrisin keyfiyyətinin aşağı düşməsi tələbələrin narazılığına səbəb oldu.

2015 -2016 -cı ilin yayı ümumilikdə filialdakı bütün əməkdaşların iyul, avqust, sentyabr ayları üçün maaşların və məzuniyyətə çıxan müəllimlərin əmək haqları verilmədi.Narazılığımızı bildirdiyimiz zaman Orucəli müəllim “hara istəyirsiniz gedin şikayət edin . Dövlət tərəfindən pul ayrılsın ,mən də sizin pullarınızı verim”dedi. İndiyə qədər biz pullarımızı ala bilmirik. Biz lazımı instansyalarla əlaqə saxladıq və bildirildi ki, əmək haqqlarına ayrılan pullar Orucəli Rzayev tərəfindən mənimsənilib. Orucəli Rzayev bizim nəinki əmək haqlarımızı, hətta oturduğumuz iş yerlərimizə kənar şəxslərdən 3, 5, 7 min manat məbləğində rüşvət alaraq yeni işçilər götürdü. Struktur bölmə rəhbərləri və 2000 – ci ildən bu günə qədər çalışmış bir sıra əməkdaşlar hal-hazırda qapı arxasında qalmışlar.Orucəli Rzayevin dırnaqarası islahatı bizi bu həddə gətirib çıxartdı ki, biz bu müraciəti filialın bütün əməkdaşları və müəllimləri adından Cənab prezident İlham Əliyevə, Təhsil naziri Mikayıl Cabbarova , İqtisad Universitetinin rektoru Ədalət Muradova Maliyyə naziri Samir Şərifova və Zaqatala icra hakimiyyətinə məktubla müraciətimizi bildirdik.Biz ali təhsilli mütəxəssislər hələ də başa düşə bilmirik ki, biz çölə atılırıq, bizim ştatlarımıza başqa adamlar işə götürülür. Hal -hazırda ştat cədvəlində adı olmayan 10 -a yaxın əməkdaş boş-boşuna otaqlarda otururlar.

Filiala yoxlama gəldikdə bu əməkdaşlar gizlincə evə yola salınır.Orucəli Rzayev işçinin iş təcrübəsinə, savadına yox maddiyyatına üstünlük verir.Onun iş üslubu belədir: 3,5 min manata işçini işə götürür bir il işlədikdən sonra ixtisar adıyla isdən azad edir, digər əməkdaşımızdan 10.000 min manat məbləğində pulu alıb , dekan ştatına təyin edəcəyini vəd etdiyi halda bu gün həmin vətəndaş pulunu geri istəyəndə cavab olaraq “o pula dekan ştatı düşmür verdiyin pul çox azdır.İqtisad Universitetində çox yüksək məbləğlər oynayır” demişdir.

Hörmətli Mehriban xanım!


Bu gün ölkəmizdə multikultural dəyərlərə yüksək önəm verildiyi bir zamanda etnik qruplardan olan nümayəndələrin hüquqları tapdalanır. Dövlət və millət arasında Orucəli Rzayev kimi rüşvətxorlar qarışıqlıq yaradırlar.

Hörmətli Mehriban xanım, filial rəhbərinin çirkin əməllərinin araşdırılması və əmək haqlarının ödənilməsində bizə köməklik etməyinizi Sizdən xahiş edirik. Əvvəlcədən sizə təşəkkür edirik. Biz hər zaman sizinləyik.

1.Xəzəngül Babayeva Süleyman qızı
2.Əliyeva Kamilə Bahaddin qızı AZ 08648206
3.Qurbanova Lalə Qurban qızı
4.Mahmudova Vüsalə Qurban qızı AZ 08651289
5.Məmmədova Nəzakət
6.Məmmədova Nuriyyə Qahir qızı AZ 03714842
7.Mehdiyeva Sevil Bdulfəttah qızı AZ 09780861
8.İbrahimova Könül Nəcməddin qızı AZ 16499174
9.Mecidov Bəhram
10.İbrahimova Naciyə
11.Həsənova Yeganə Hüseyn qızı AZ 15279231

Yazıda adıkeçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


0 0



Şərhlər (Facebook)