Azərbaycan İnformasiya Agentliyi (AİA)


Şirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-Fotolar


Şirvan Mərkəzi Xəstəxanasından biabırçı görüntüləri əldə etmişik. Xəstə yaxınları və xəstəxana çalışanlarının şikayəti ilə Şirvan Mərkəzi Xəstəxanasına gedən əməkdaşlarımız gördükləri mənzərə qarşısında dəhşətə gəliblər. Konkret olaraq xəstəxananın Terapiya, Fizioterapiya, Endokrinologiya, və Nevrologiya şöbələri əsl xarabalığı xatırladır: antisanitariya ilə yanaşı xəstəxananın divarları uçulub-tökülür, zibillər dizə çıxıb….

► “İmkanları olsa deyərlər ki, elə iynələrinizi də özünüz vurun”

Hazırda bu şöbədə müalicə alanlardan saytımıza bildirilib ki, çarpayıları belə evlərindən gətirmək məcburiyyətində qalırlar.

Adının çəkilməsini istəməyən bir xəstə yaxınının dedikləri isə, burdakı vəziyyətin necə dəhşətli olduğunu göstərir: “Şöbədə 20-30 ilin dəmir yataqlarından istifadə edirlər. Paslanmış dəmir şkaflardan isə danışmağa dəyməz. Şkafa yemək qoyuruq axşam siçovullar yeyib-dağıdır. Şöbəsinin döşəməsi də dağılıb. Xəstələr betonun üstünə gəzməyə məcbur olurlar. Havalar soyuduğundan otaqlar buz kimidir. Xəstəxana personalı isə, gözümüzə dəymir. Elə bil gəlmişik özü-özümüzə qulluq etməyə. İmkanları olsa deyərlər ki, elə iynələrinizi də özünüz vurun. İkinci mərtəbədən aşağı düşə bilmirik. Səbəb neçə gündür otaqlardan yığılan zibillərin pilləkənlərə atılmasıdır. Neçə dəfə xəstəxana rəhbərliyinə şikayət etsək də, baxan olmayıb. Hətta burda bəzi həkimlər müalicə yazıb evə getməyimizi daha məqsədə uyğun olduğunu bildirdilər”.

► “Təmir istədik, Oqtay Şirəliyev pul ayırmadı…”

Burda olarkən xəstəxana çalışanları bildirdilər ki, şöbənin təmiri ilə bağlı nazir Oqtay Şirəliyevə məlumat verilib: “Nazir Oqtay Şirəliyev Şirvanda vətəndaşları qəbul edən zaman xəstəxanın bu şöbələrinin təmirə ehtiyacının olması ilə bağlı məlumat verildi. Hətta nazirə xəstənadan çəkilmiş şəkilləri də göstərmişdilər. Təxminən bir ay sonra xəstəxana rəhbərliyi Səhiyyə Nazirliyinə müraciət edərək təmir istədi. Nazirlikdən bildirdilər ki, hələlik şöbənin təmiri nəzərdə tutulmayıb. Qısacası nazirlik təmirə pul ayırmadı”.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Mətbuat Ximəti ilə əlaqə yaratmaq cəhdlərimiz isə, heç cürə alınmadı.
Xəstəxananın Terapiya, Fizioterapiya, Endokrinologiya, və Nevrologiya şöbələrindən çəkilmiş fotoları təqdim edirik:

AzEuroNews.com
Şirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-Fotolar
Şirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-Fotolar
Şirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-Fotolar
Şirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-Fotolar
Şirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-Fotolar
Şirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-Fotolar
Şirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-Fotolar
Şirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-Fotolar
Şirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-Fotolar


0 0



Şərhlər (Facebook)