Azərbaycan İnformasiya Agentliyi (AİA)


Mübariz Ağayevin Kənd Təsərrüfatı Nazirliyindəki iş otağında işçilərlə dava-dalaş baş verib



Hökumət Evində keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi: “Dedim məndə pul var?...”
Keçmiş nazir-oliqarx Ziya Məmmədovun adamı, Göyçay, Mingəçevir Qubanın icra hakimiyyətinin başçısı vəzifələrində işləmiş Mübariz Ağayevin Kənd Təsərrüfatı Nazirliyindəki iş otağında tabeçiliyindəki işçilərlə dava-dalaşı üzə çıxıb. Məlum olub ki, Mübariz Ağayevlə tabeçiliyindəki iki işçi arasında pul üstündə qarşıdurma baş verib. Keçmiş icra başçısı işçiləri otaqdan qovub və barələrində polisə şikayət edib.

Mübariz Ağayev Kənd Təsərrüfatı Nazirliyinin texniki siyasət şöbəsinin müdir müavini, şöbənin Lizinq sektorunun rəhbəridir.

Mübariz Ağayev Səbail rayon Polis İdarəsinə yazdığı şikayətdə göstərir ki, (ölkə.az) fevralın 7-də Bəxtiyar və Mədinə adlı işçilər onun otağına girərək “səs-küy salıb”.Toplanmış materiallar araşdırılması üçün aidiyyatı üzrə Səbail RPİ-nin 39-cu polis bölməsinə göndərilib.
Mübariz Ağayev polisə şikayət etdiyini təsdiqləyib: "Otağıma hücum edən şəxslər ana və oğuldurlar, eyni zamanda bizim şöbənin əməkdaşlarıdır. Gəlib məndən pul tələb ediblər və bildiriblər ki, xəstəmiz var, kömək elə. Mən də onlara pul verməkdən imtina etdim. Dedim məndə pul var? Onlar da üstümə hücum çəkdilər. Mən də polisə şikayət etmək məcburiyyətində qaldım".

M.Ağayev 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015-2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Ziya Məmmədovun vəzifədən uzaqlaşdırılmasından az sonra Ağayev də icra başçısı postunu itirib.


0 0



Şərhlər (Facebook)