Azərbaycan İnformasiya Agentliyi (AİA)


DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN MÜƏLLİMLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİ-YENİLƏNDİ


Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup müəllimi prezident İlham Əliyevdən ADİU-ya xüsusi komissiya göndərilməsini, rektor Ədalət Muradovun 4 illik fəaliyyətinin yoxlanılmasını xahiş edirlər…
«Təzadlar» qəzetinin redaksiyasına Azərbaycan Dövlət İqtisad Universitetində çalışan 7 professorun imzası ilə Prezident İlham Əliyevə ünvanlı müraciət daxil olub. Müraciət müəllifləri ölkə rəhbərindən ADİU-da qayda-qanun yaradılması üçün bu təhsil ocağına xüsusi komissiyanın göndərilməsini, rektor Ədalət Muradovun 2014-cü ildə bu ali təhsil ocağına rəhbər gətirildiyi gündən başladığı reformaların altını çəkdiklərini yazırlar. Həmçinin onlar «Differensial əmək haqqı» sistemi adı altında elmi dərəcəsi və təcrübəsi, bircə dərslik kitabı belə olmayanlara ən yüksək əmək haqqı yazıldığını, əksinə, onlarla dərslik kitabı, ali tədris təcrübəsi olan tanınmış iqtisadçı alimlərə isə müxtəlif bəhanələrlə ən aşağı əmək haqqı verilməsini və s. yazır, universitetdə son 3-4 il ərzində yaranmış qyeri-sağlam ab-havaya son qoyulması üçün rəhbərliyin dəyişdirilməsini rica edən professorlar tezliklə prezident sərəncamı ilə bütün bu haqsızlıqlara son qoyulacağına inandıqlarını izhar edirlər: «Cənab Prezident, inanırıq ki, rektor Ədalət Muradovun 4 illik fəaliyyəti ciddi araşdırılmalıdır…».
Müraciətdə bir sıra ciddi ittihamlar vardır və tərəfimizdən dəqiqləşdirilir və tezliklə təqdim olunacaq…
azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)