Главная > Mİni manşet, Üst manşet, Müsahibə > Mehdi Mehdiyev: “Birliyimiz böyük bir ordudur...”

Mehdi Mehdiyev: “Birliyimiz böyük bir ordudur...”


17 17 2018. Разместил: azerbaycan
Mehdi Mehdiyev: “Birliyimiz böyük bir ordudur...”
Azərbaycan.info saytının bu günkü qonağı; Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai Birliyinin sədri Mehdi Mehdiyevdir.
O, 1 iyun 1965-ci ildə Bərdə rayоnunun Alpоud kəndində anadan оlmuşdur.
1972-1979-cu illərdə Bakı şəhərində 94 saylı оrta rus məktəbində,1979-1982-ci illərdə Cəmişid Naхçıvanski adına iхtisaslaşdırılmış оrta ümumtəhsil məktəbində təhsilini davam etdirmişdir.
1982-1986-cı illərdə Kоmenets — Pоdоlskiy Ali Hərbi Mühəndis kоmandanlıq məktəbində təhsil almışdır.
Məktəbi bitirdikdə, “zabit” hərbi rütbəsi verilmiş və хidmətini davam etdirmək üçün Hava-Desant qоşunlarına göndərilmişdir.
1987-1989-cu illərdə Əfqanıstan Demоkratik Respublikasında хidmət etmişdir.
1992-ci ildən Azərbaycan Оrdusu sıralarında хidmətini davam etdirmişdir. Hərbi hissənin mühəndis хidməti rəisi, Müdafiə Nazirliyinin Mühəndis qоşunları İdarəsi rəisinin müavini, Heydər Əliyev adına Ali Hərbi məktəbdə Hərbi Mühəndis kafedrasının rəisi vəzifələrində хidmət etmişdir. Ehtiyatda оlan pоlkоvnikdir. Silahlı Qüvvələr veteranıdır.

Mehdi Mehdiyev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanaraq, II qrup Qarabağ müharibəsi əlili оlmuşdur.[/right]
Peşəkar hərbçi kimi хidməti dövründə «Qırmızı ulduz» оrdeni, «Azərbaycan Bayrağı» оrdeni və bir çох medallarla təltif edilmişdir.
Mehdi müəllim, iki müharibə iştirakçısı, II- ci qrup Qarabağ müharibəsi əlili оlduğu üçün və qardaşının Хоcalıda şəhidlik zirvəsinə ucaldığı səbəbindən, bu üç təbəqəni təmsil edən təşkilata rəhbərlik etməyi özündə mənəvi haqq tapır; məhz bu qəbildən оlan insanların prоblemlərinin həll olunmasına yaxından köməklik edir.


Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai Birliyinin sədri Mehdi Mehdiyev Azərbaycan.info saytının əməkdaşına təşkilatla bağlı danışdı.

- Öncə onu qeyd edim ki, rəhbərlik etdiyim Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai Birliyi 2001- ci ildə təsis olunub və ötən 17 il ərzində xeyli uğurlar əldə edərək, bir çox nailiyyətlərə imza atmışıq. Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan MR istisna olmaqla) Birliyin yerli filial- ofisləri mövcuddur. Onlar lazımi avadanlıqlarla təmin olunub. Təşkilat sözügedən rayonlar da daxil olmaqla, öz sıralarında 60 minə yaxın imtiyazlı insanları birləşdirir. Bunlara aiddir; Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Qarabağ müharibəsi veteranları. Təbii ki, hər bir təşkilatda olduğu kimi, bizim təşkilatda da üzvlüyə qəbul olunma və ya üzvlükdən xaric olunma könüllü şəkildədir. Bizim apardığımız mütəmmadi təhlil bir daha işimizdə doğru- dürüst olmağımızın təsdiqini tapırıq. Bu hal isə bir çox döyüşçülərin ürəyincə olduğundan, onların digər döyüş əməkdaşları da birliyimizə qoşulur,böyük bir ailəyə çevirilirik. Əsas prioritet istiqamətlərimizdən biri; bu insanların cəmiyyətə inteqrasiyası, onların sosial problemlərinin həllinə dəstəkdən ibarətdir. Eyni zamanda digər problemlərin səmərəli həll olunması üçün, qanunvericilik bazasında müəyyən qanunların qəbul olunmasında və ya mövcud qanunlarda düzəlişlərin, əlavələrin və ya dəyişikliklərin edilməsidir.

- Yəni Birliyinizin istənilən üzvü Birliyə öz haqqı- hüququ haqqında fikir yürütməklə, onun həyatına təsir edəcək qanuna əlavələr və ya dəyişikliklər etmək imkanına malikdir?

- Bəli. Bizim qanunverici qurumlara etdiyimiz təkliflər sırf Birliyin şəhər və bölgə üzvləri ilə aramızda olan söhbətlərdən yaranır. Çünki, bildiyiniz kimi, şəhərdə olan sosial problemlər kəndlərə aid edilmir və ya əksinə, kəddə problem sayılmayan hər hansısa bir hal şəhərlilər üçün olmazın çətinliklər yaradır. Məhz bu aspektdən yanaşaraq, ölkəmizin əhalisinin daha firəvan və daha abad yaşaması üçün, bir çox təkliflərimiz uğurlu sayılaraq, qanunverici orqanlar tərəfindən bəyənilərək, müzakirələrə təqdim edilmişdir. Çalışırıq ki, təkliflərimiz bir çox insanın taleyinə müsbət təsir göstərsin.

- Təkliflərinizdən başqa təşkilatınız hansı yenilikləri həyata keçirir?

- Bizim Birlik Milli Məclis üzləri ilə görüşlər təşkil edir, xüsusən də, Sosial Siyasət komitəsinin sədri hörmətli Hadı Rəcəbli ilə sıx əməkdaşlıq münasibətləri vardır.

- Təşkil etdiyiniz tədbirlərdə hansı Millət vəkilləri aktiv iştirak edir?

- Misal gətirə bilərəm; Musa Quliyevi (Musa Urud), Hərbi yönlü kontinqent olmağımızdan irəli gələrək, Aydın Mirzəzadə ilə sıx əməkdaşlıq edirik, Zahid Oruc və Qəznirə xanm Paşayeva, Rauf Əliyev və digərləri də bizə yaxından köməklik göstərirlər.
Bizim Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və Səhiyyə nazirliyi ilə münasibətlərimiz daha çox olur ki, bu baxımdan vaxtı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş Əli Nağıyevin adını nümumə olaraq çəkmək istərdim. Bu şəxs həm sadəliyi, həm insanlığı, həm də dövlətçiliyi baxımından hamımızı valeh etmişdi. Sonradan o Belorusiyada səfir vəzifəsində çalışmışdır.
- Əmək və Əhalinin Sosial Müdəfiəsi Nazirliyində yeni rəhbər dəyişikliyi olunduqdan sonra, tərəfinizdən nazirliyə ünvanlanacaq hər hansı təkliflər gözlənilirmi?
- Bu yaxında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni nazir vəzifəsinə təyin olunmuş Sahil Babayevlə on beş nəfər İçtimai Şura üzvündən ibarət görüşümüz olmuşdur. Sonradan təbii ki, cənab nazirlə fərdi qaydada görüşərək, öz təkliflrimizi irəli sürə bilərik. Ümid edirəm ki, yeniliklər insanların həyatının yaxşılaşdırılmasında daha çox müsbətə doğru rol oynayacaq.
Biz Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Təhsil Nazirliyi ilə də sıx əməkdaşlıq edirik. Tez-tez hərbi hissələrdə.o cümlədən cəbhə bölgələrində də oluruq.orta və Ali təhsil müəssisələrində şagirdlərlə və tələbələrlə görüşürük.Çünki torpaqlarının bir hissəsi hələ də işğal altında olan bir dövlətdə vətənpərvərlik işi daima aparılmalıdır.

- Kiçik bir qurumdan böyük təşkilata çevirilmək, bu qədər insanın probleminin həllinə çalışmaq çoxmu çətindi?

- Qurultayın təsis etdiyi birliyə sıfırdan başlayıb, onun üzvlərini 60 min insana qədər çatdırmışıq. Bu say Azərbaycan ordusunun yarısına bərabərdir. Təsəvvür edin ki, heç bir əmrə tabe olmayan insanları bir araya gətirmək, onları dinləmək və onlarlı idarə etmək nə deməkdir. Bu olduqca çətin və eyni zamanda məsuliyyətli bir işdir. Sovet dönəmindən qalan həmkarlar ittifaqından sonra, bizim ictimai birliyimiz Respublika üzrə ən böyük ikinci qurumdur ki, arxasınca bu qədər insan apara bilir.

- Mənim üçün maraqlıdır ki, Birliyin üzvləri içində ali təhsilli şəxslər daha çoxdur, yoxsa orta təhsilli?

- Birliyimizdə daha çox orta təhsilli üzvlər vardır. Çünki, Qarabağ müharibəsi dönəmində bir çox gənclər hərbiyə çağırıldıqda, onların təhsil alma fürsəti olmurdu.

- Bu qədər insanın ağır yükünə mənəvi olaraq necə dözürsünüz?

- Təsəvvür edin ki, hər insandan zərrə qədər neqativ aldıqda, hər şəxsdən bir dərd eşitdikdə, günün sonuna artıq taqətdən düşdüyümü anlayıram. İstənilən vəziyyətdə, insanların ruhdan düşməməsi üçün, haqlarının tapdanmaması üçün, məcburən aidiyyatı qurumlara özümüz birliyinin üzvlərinin yerinə müraciət edir, onların problemlrinnin həllinə çalışırıq ki, insanlarda həyata inam artsın.

- Elə bir hal olubmu ki, zəhmətinizi yerə vurublar?

- Bəli, elə də olub.

- O zaman peşimançılıq hissi keçirmisinizmi?

- Yox, amma hardasa ürəyimdə bir qırıqlıq yaranıb ki, bu qədər əziyyət çəkmişəm, bu qədər bu insana görə mübahisələr olub, amma nəticədə bütün müsbət etdiklərini sadaladıqda, nadanlıq edib “borcundur” deyir. Halbuki, ictimai qurum olaraq, biz müvafiq icraedici strukturlardan daha zəifik və görüləcək, həyata keçirdiyimiz bir sıra işlər bizim deyil, onların öhdəliyindədir.

- İcra və bələdiyyə orqanları ilə münasibətiniz necədir?

- Fərd olaraq narazılığım yoxdur. Onların əhaliyə, insanlara münasibətləri əsasdır. İcra hakimləri var ki, onlar bir dəfə də olsun əhali qarşısına çıxaraq, onların dərdini dinləmir. Vətən üçün çanından keçən insanlarla görüş belə keçirmir. İnsanlara nə qədər azdırma dərmanı vermək olar?
Lakin, bir sevindirici fakt var ki, Azərbaycanda əhali üçün çalışan, xeyirxah məmurların da sayı az deyil. İnsana daha çox diqqət və qayğı lazımdır. Bölgələrdən gələn insanaldan onların qayğılarına necə baxdıqlarını öyrənirəm.

- Türkiyə kimi nəhəng ölkədə bələdiyyələr icra orqanlarının işini həyata keçirir.

- Türkiyədə ümumiyyətlə icra orqanları mövcud deyil. Bilirsinizmi, bizdə bələdiyyələr ancaq torpaq satmaqla məşğul oldu və illər sonra, əsas işinin məhz torpaqla olduğunu, femerlik işi və digərlərini anlayıb, bir də ayıldı ki, artıq torpaqlar hamısı satılıb.

- İstənilən mövzuda sizinlə danışmaq maraqlıdır. Kifayət qədər dünya görüşünə malik, savadlı, təcrübəli insansınız. Sizin timsalınızda olan savadlı şəxsləri yüksək vəzifə üçün nəzərə almadan, niyə biz kadrı kənarda axtarmalıyıq?


- Azərbaycanda bir nömrəli həyata keçiriləcək iş- bu gün bütün instansiyalarda doğru- dürüst kadr yerləşdirməkdən ibarətdir. Təbii ki, bu məsələ orta məktəblərdən başlanmalıdır. Kadr seçimi bir çox məsələləri həll edir.
Təəssüf olsun ki, irəli gələn qaydalar- yəni icra şərti mexanizm adlandırılan sistem üzrə modern kabinetlərə hazırlanaraq, ötürülüb verilməli idi icraata. Və üç il əvəzinə doqquz il keçməsinə baxmayaraq, bu təkif hələ də özünə yer tapmayıb. Təsəvvür edin ki, adi evlərə ehtiyacı olan insanlara müxtəlif bəhanələr əsasında etirazlar edilir və onlar sosial qayğıdan müəyyən mənada kənarda qalırlar.
Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın və azərbaycanlıların işıqlı sabahına inanır, ölkə rəhbərliyinn ətrafında sıx birləşərək, bunun üçün var gücümlə çalışırıq.


Təki Vətən yaşasın!

Aynur Nurlu
Вернуться назад