Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakıda 177 saylı məktəbdə aksiya


Bakıda 177 saylı məktəbdə aksiya

Şagirdlər, valideynlər müəllim heyəti məktəbə yeni direktor təyin olunmuş Həqiqət Məmmədovanın binaya daxil olmasına icazə vermirlər.Hadisə yerində olan Bakı Şəhər Təhsil İdarəsinin aparıcı məsləhətçisi Xəyyam Fərəcov açıqlamasında bildirib ki, 177 saylı məktəbin direktoru Əqidə Məmmədova öz ərizəsi ilə müraciət edərək məzuniyyətə getmək istədiyini bildirib.
Bundan sonra o, məzuniyyətə göndərilib və Təhsil Nazirliyinin müvafiq əmri ilə 60 saylı məktəbin direktoru Həqiqət Məmmədova 177 saylı orta məktəbdə direktorun vəzifəsini müvəqqəti icra etmək üçün təyin edilib. Lakin həmin direktorun məktəbə daxil olmasına icazə verilmir.Aksiyaçılar məktəbin dərs hissə müdiri Afilə Cəfərovanın direktor təyin olunmasını tələb edirlər.Hazırda X. Fərəcov valideyn, şagird və müəllimlərlə söhbət aparır


0 0



Şərhlər (Facebook)