Azərbaycan İnformasiya Agentliyi (AİA)


Musiqisiz musiqi fənni – Məktəblərdə acınacaqlı vəziyyət


Dərslik var, müəllim azdır, şərait yoxdur.
"Hansısa musiqi əsəri üzərində işləməyə şəraitimiz yoxdur"
ARB TV-nin "Günün ardınca" proqramında məktəblərdə keçirilən musiqi fənni ilə bağlı reportaj yayımlanıb.
Şagirdlərin böyük hissəsi orta məktəbdə musiqi fənnini qeyri-ciddi dərs kimi qiymətləndirir. Lakin insanda estetik zövqün formalaşmasında musiqi fənninin böyük əhəmiyyəti var. Musiqi tərbiyəsinin əsası orta məktəblərdə qoyulur.
Son illərdə məktəblərdə musiqi fənni üçün xeyli sayda dərsliklər çap olunur. Lakin şagirdlərin əksəriyyəti bu vəsaitlərdən kifayət qədər faydalana bilmir. Şagirdlərin də suallara cavabından bunların açıq-aşkar şahidi olmaq olar. Belə halların baş verməsinin əsas səbəbi orta məktəblərdə musiqi fənninin qeyri-ixtisas müəllimlər tərəfindən tədris olunmasıdır. Müəllimlərin iş proqramında sadə musiqi tempindən mürəkkəb ölçülü əsərlərin ifası və təhlili nəzərdə tutulsa da çəkiliş apardığımız zaman musiqi fənni ədəbiyyat fənninin tədrisindən heç də fərqlənmədi. Dərsdə uşaqlara not oxunuşu və yazılışı deyil, bəstəkarların həyat və yaradıcılığı, əsərləri şifahi şəkildə bildirildi. Xatirə Aslanova - müəllim: "Dərsi keçirik. Dərslərdən əlavə onlara məlumatlar veririk. Amma hər hansı əsəri çalıb, onun üzərində işləmək imkanımız yoxdur". Yeni çap edilən musiqi dərsliklərinin tətbiqi onu tədris edən müəllimlərin bilik səviyyəsindən birbaşa asılıdır.
Könül Cəbrayılova - müəllim: "Hər ixtisasın özünün qaydaları var. Mən sadə yollarla onlara çatdırmağa çalışıram".
Gülər Hüseynova - RTŞ-nın əməkdaşı: "Təəssüflər olsun ki, məktəblərimizdə musiqi müəllimlərinə tələbat böyükdür. Vakant yerlər vermişdik, amma yalnız bir neçəsinə müəllim gəlib. Az sayda məktəbimizdə ixtisaslı musiqi müəllimimiz var".


0 0



Şərhlər (Facebook)