Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycanda cəmi 2 rayonda eşşək yoxdur - RAYONLAR üzrə SAYI



Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 34 min 68 baş eşşək mövcud olub.

Azərbaycaninfo.az yeniavaz.com-a istinadən xəbər verir ki, son bir il ərzində eşşəklərin sayı 1 748, son 2 il ərizdə 5 924, son 10 il ərzində isə 13 141 baş azalıb. Bəzi rayonlar istisna olmaqla əksər rayonlarda eşşəklərin sayında azalma baş verib.

Ən kəskin azalma İmişli rayonunda qeydə alınıb. Son 2 ildə İmişli rayonunda eşşəklərin sayı 8,5 dəfə azalaraq 323 başdan 38 başa düşüb.

Ən çox artım isə Zərdab rayonunda qeydə alınıb. Zərdabda eşşəklərin sayı son 2 ildə 8,8 dəfə artaraq 7 başdan 62 başa yüksəlib.

Azalma paytaxt Bakıda da müşahidə olunub. 2 il əvvəl Bakıda 22 eşşək olduğu halda, bu ilin əvvəlində onların sayı 13-ə düşüb.

Statistikadan belə görünür ki, Mingəçevir və Gəncə şəhəri istisna olmaqla bütün şəhər və rayonlarında eşşəklər mövcud olub. Rəsmi məlumata görə, Mingəçevirdə və Gəncədə 1 dənə də olsun eşşək yoxdur.

Ən çox eşşəyin olduğu rayon Yardımlı rayonu olub - 3021 baş.

Ən az eşşəyin olduğu rayon (şəhər) isə Şirvan şəhəri olub - 1 baş.

Azərbaycanın şəhər və rayonlarında eşşəklərin sayı:

Bakı şəhəri
19
Xızı rayonu
111
Abşeron rayonu
41
Sumqayıt şəhəri
13
Gəncə şəhəri
-
Qazax rayonu
2505
Ağstafa rayonu
1819
Tovuz rayonu
2820
Şəmkir rayonu
1943
Gədəbəy rayonu
1084
Daşkəsən rayonu
274
Samux rayonu
1205
Göygöl rayonu
518
Goranboy rayonu
761
Naftalan şəhəri
4
Zaqatala rayonu
9
Qax rayonu
44
Şəki şəhəri
1382
Oğuz rayonu
403
Qəbələ rayonu
226
Astara rayonu
555
Lənkəran şəhəri
79
Lerik rayonu
2073
Yardımlı rayonu
3093
Masallı rayonu
95
Cəlilabad rayonu
1596
Qusar rayonu
196
Xaçmaz rayonu
688
Quba rayonu
1092
Şabran rayonu
384
Siyəzən rayonu
381
Göyçay rayonu
6
Beyləqan rayonu
313
Ağcabədi rayonu
254
Bərdə rayonu
154
Neftçala rayonu
129
Biləsuvar rayonu
3
Salyan rayonu
297
Yevlax şəhəri
38
Mingəçevir şəhəri
-
Ağdaş rayonu
195
Ucar rayonu
25
Zərdab rayonu
62
Kürdəmir rayonu
446
İmişli rayonu
24
Saatlı rayonu
11
Sabirabad rayonu
1324
Hacıqabul rayonu
283
Şirvan şəhəri
1
Cəbrayıl rayonu
14
Füzuli rayonu
236
Ağdam rayonu
365
Tərtər rayonu
178
Xocavənd rayonu
4
Laçın rayonu
151
Qobustan rayonu
252
İsmayıllı rayonu
384
Ağsu rayonu
562
Şamaxı rayonu
726
Naxçıvan şəhəri
84
Şərur rayonu
787
Babək rayonu
441
Ordubad rayonu
491
Culfa rayonu
260
Kəngərli rayonu
353
Şahbuz rayonu
1497
Sədərək rayonu


0 0



Şərhlər (Facebook)