Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Odlar Yurdu” Gənclər İctimai Birliyi “VI Müstəqillik Kuboku” İntellekt Çempionatını həyata keçirir


“Odlar Yurdu” Gənclər İctimai Birliyi “VI Müstəqillik Kuboku” İntellekt Çempionatını həyata keçirir.

“Odlar Yurdu” Gənclər İctimai Birliyi Azərbaycan İntellektual Oyunlar Klubu ilə birlikdə Milli Müstəqillik Günü, ölkəmizin müstəqilliyinin 26 illiyinə həsr olunmuş “əbəddi müstəqillik uğrunda” şüari ilə “VI Müstəqillik Kuboku” İntellekt Çempionatını həyata keçirir. 5 noyabr tarixində baş tutacaq çempionatın keçirilməsində əsas məqsəd ölkədə vətəndaşlıq ruhunun daha da yüksəldilməsilməsi, vətənpərvərliyin təbliği və potensial intellektlərin aşkarlanması və qiymətləndirilməsidir.
“Odlar Yurdu” Gənclər İB-nin sədri Nigar Ələsgərova ölkə başcısı İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2.1.2. (gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi) və 2.1.22. (yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması) bəndlərini əsas tutaraq çempionatın bu sahədə atılacaq növbəti bir addım olacağını qeyd edir. Ölkədə intellektual hərəkatın təşviq olunması və inkişafında müstəsna xidmətləri olan, Azərbaycan İntellektual Oyunlar Klubunun Prezidenti Aydın Piriyev isə “VI Müstəqillik Kuboku” İntellekt Çempionatı və ümumiyyətlə gələcəkdə də həyata keçiriləcək bu kimi intellektual yarışların gənclərin formalaşması və maariflənməsində danılmaz təsirinin olduğunu və gələcəkdə də bu tendensiyanın davam etdiriləcəyini bildirib.
Azərbaycan Respublikasının Milli Müstəqilliyinin 26 illiyi münasibətilə keçiriləcək intellekt kubokunda 18-29 yaş qrupunda gənclər iştirak edə bilər. Çempionat “Nə? Harada? Nə zaman?” intellektual yarış formatında olacaq və “Passage 1901” restoranında baş tutacaq. Qalibləri və iştirakçıları dəyərli hədiyyələr gözləyir.

Çempionatın tərəfdaşı “Qrinviç” Təhsil Mərkəzi, STEP IT Academy və Çiçək Taksi şirkətidir.
İştirak etmək istəyən komandalar aşağıda qeyd olunan linkdən qeydiyyatdan keçə bilərlər. Son müraciət tarixi 3 noyabrdır.


0 0



Şərhlər (Facebook)