Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakı humanitar kollecində kollektivlə rektor arasında qalmaqal bitmir - TƏFƏRRÜAT


Bakı humanitar kollecində müəllimlərlə millət vəkili Əhliman Əmiraslanovun qardaşı, kollecin rektoru Vaqif Əmiraslanov arasında baş verən narazılıq davam etməkdədir.

AZXEBER.COM-a ötən həftə məktubla müraciət edən kollecin 20-yə yaxın müəllimi, tədirs işləri üzrə müdir Əsəd İbrahimov tərəfindən dərs saatlarının bilərək azaldıldığını yazmışdılar.

Onların sözlərinə görə, Əsəd İbrahimov kollecin rektoru Vaqif Əmiraslanova güvənərək onların başına minbir oyun açır.
Sözügedən məlumat saytımızda işıq üzü görəndən sonra kollec rəhbərliyinin tapşırığı ilə təcili iclas keçirilib.

Müəllimlərin sözlərinə görə, iclasda Təhsil Nazirliyindən nümayəndənin iştirak edəcəyi deyilsə də, iclasın gedişatında bunun rəhbərlik tərəfindən deyilən növbəti yalan olduğu ortaya çıxıb:

"8 dekabr 2017-ci il saat 15:00-da Bakı Humanitar Kollecində bizim iştirakımızla iclas keçirildi. Bizləri "nümayəndə gələcək və sizi dinləyəcək” adı altında iclasa çağırdılar. Ancaq heç bir nümayəndə iclasda iştirak etmədi. Dəfələrlə bu məsələ ilə bağlı biz kollecin rektoru Vaqif Əmiraslanova və tədris hissə müdiri Əsəd İbrahimova müraciət etmişik. Təkrarən bu iclası keçirməyin mahiyyəti yoxdur. Prezidentimizin də göstərişi vardır ki, hər bir dövlət məmuru vətəndaşı dinləməyi bacarmalı və yaranan problemi aradan qaldırmağa çalışmalıdır. Əgər bir rəhbər ki, müəllimlər qarşısında siqarət çəkərək müəllimlərə hörmətsizlik edirsə o iclasda nə müsbət nəticə əldə edilə bilər?!”

Növbəti dəfə saytımıza müraciət edən şikayətçi müəllimlər çox sayda təhsil işçisinin bu gedişlə işsiz qalacaqlarını bildiriblər:

"Dərslərimizin hansı qanunla hansı maddə əsasında kəsildiyni tələb etdiyimiz halda tədris hissə müdiri Əsəd İbrahimov bizə 2014-cü ilə aid heç bir möhürü peçatı olmayan köhnə sənədlər göstərdi. Halbuki dərs saatlarının kəsilməsi ilə bağlı bu vərəqələrdə ümumiyyətlə heçnə göstərilməyib. Hətda saatlarımız qayıtsa belə bizə 2 stafka dərs verməyəcəyini iddia edir. Halbuki təhsil haqqında qanunda göstərilir ki, dərs saatı olduğu halda müəllimlərə 3 stafkaya kimi dərs verilə bilər. Biz Əsəd İbrahimovu başa sala bilmirik ki, fərdi dərslərdə hər tələbənin fərdi proqramı olur, 2-3 tələbəyə 45 dəqiqə ərzində heçnə öyrətmək mümkün deyil. Dərsin keyfiyyəti çox aşağı düşüb. Valideynlər çox narazılıq edirlər, hər il 600 manat pul ödəyirik, uşağımıza 15 dəqiqə dərs keçirsiz deyirlər. Məktəbdə pul ödəyərək təhsil alan tələbələr yetərincə olsa da bu pulların hara getdiyi bəlli deyil. Müdriyyət bizə saatların kəsilməsi ilə bağlı qərarı təhsil nazirliyində işləyən vəzifəsini bildmədiyimiz Yaqub müəllim tərəfindən verildiyini bildirir.bizdə Yaqub müəllim tərəfindən bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik.Heç bir əsas,qanun olmadan saatlarımız kəsilib.Biz müəllimlərə dəymiş maddi ziyanın ödənilməsini tələb edirik.Təhsil nazirliyindən nümayəndə gözləyirik, bizim şikayətlərimiz dinlənilsin və haqq qanun naminə məsələ həlli yolunu tapsin!”

Məktubla mediaya müraciət edən müəllimlər Əsgərova Arifə, Qasımova Alla, İbrahimova Tangiz, Xəlilova Aynurə, Qurbanova Məleykə, Vəliya Aida, Bağırova Sevinc, Səfərova Sonaxanım, Niftalıyev Altay, Nəhri Gülər, Məlikov Fikrət,Ağayeva Samirə, Hüseynov İlkin, Rüstəmova Nailə, Əliyeva Samirə,Babayeva Səidə,Abdullayeva Sara,Nağıyev Ramil,Xəqani Səməd, Səmədov Elçin, Ziya Aşurov və digər müəllimlər prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya da kollecdə baş verən özbaşınalıqlar barədə məktubla da müraciət etdiklərini qeyd ediblər.

Şikayətçilər həmçinin deyiblər ki, yaxın günlərdə Təhsil Nazirliyinə yürüş edib, orada da problemlərini səsləndirəcəklər.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


0 0



Şərhlər (Facebook)