Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycan Turizm Assosiasiyasında turizm şirkətləri ilə "Şahdağ" Turizm Mərkəzi arasında görüş keçirilmişdir


Azərbaycan Turizm Assosiasiyasında turizm şirkətləri ilə "Şahdağ" Turizm  Mərkəzi arasında görüş keçirilmişdir

Azərbaycan Turizm Assosiasiyasında turizm şirkətləri ilə "Şahdağ" Turizm Mərkəzi arasında görüş keçirilmişdir.Görüşdə keçən həftə "Şahdağ" Turizm Mərkəzində baş vermiş izdihamla bağlı problemlər və AZTA-nın təklif etdiyi koordinasiya metodu ilə birgə tənzimləmə yolları müzakirə olunmuşdur. Turizm Mərkəzi ilə əməkdaşlıq
şərtləri və güzəştləri haqqında razılığa gəlinmişdir.Bundan başqa AZTA Şahdağ turlarının təşkili ilə bağlı özündə bir sıra xidmət keyfiyyəti standartını əks etdirən tövsiyə xarakterli anlaşma sənədinin ilkin versiyasını turizm şirkətlərinin diqqətinə çatdırmışdır.Sonda bütün razılaşdırılmış şərtlərin icra edilməsi üçün AZTA Gəlmə
Turizm Komitəsi nəzdində turizm şirkətləri arasından səsvermə yolu ilə 5-7 nəfərlik komissiyanın yaradılması haqqında qərar verilmişdir.


0 0



Şərhlər (Facebook)