Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycanda bir ildə 638 nəfər bu xəstəlikdən öldü


"Hazırda Azərbaycanda 3406 böyrək xəstəsi qeydiyyatdadır. Onlardan 1922 nəfəri kişi, 1484 nəfəri isə qadındır. Bu xəstələrdən ən balacanın 6 yaşı, ən böyüyünün isə 84 yaşı var"

AzVision.az xəbər verir ki, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri, "Hemodializ müalicəsinə ehtiyacı olan və bu müalicəni alan xəstələrin qeydiyyatının qaydaya salınması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi” komissiyasının üzvü Fariz Babayev deyib.

Onun sözlərinə görə, xəstələrin 2022 nəfəri regionların, 1384 nəfəri isə Bakının payına düşür.
"Böyrək xəstəliyi Azərbaycan regionu üçün geniş yayılmış xəstəlikdir. Lakin bu xəstəlik daha çox rütubətli və Qərb rayonlarında daha geniş yayılıb. Əhali kütləsinim həmin ərazilərdə çox olması bu xəstəliyin sayının artmasına səbəb ola bilir".

F. Babayev qeyd edib ki, 1226 yeni xəstə hemodializ alır. Onlardan 527-si Bakıdan, 799-u isə regiondandır: "Dünyada il ərzində böyrək çatışmazlığı olan xəstələrin 20-24 faizində ölüm halı qeydə alınır. 2016-ci ildə Azərbaycanda ölüm göstəricisi 20,2 faiz, 2017-ci ildə isə 18, 1 faiz olub. Dəqiq desək, keçən il ölkədə böyrək çatışmazlığı səbəbindən 638 ölüm faktı qeydə alınıb. Bunun da 392 -si regionun, 246-sı paytaxtın payına düşür. 2016-cı ildə ölüm göstəricisi 20,2 % təşkil edirdisə, bu rəqəm keçən il üçün 18,6 % olub".

Şöbə bu günə qədər 758 xəstəyə böyrək köçürüldüyünü qeyd edib: "Keçən il 78 xəstəyə bu əməliyyat icra olunub, 6 xəstə periton dializi alıb".


0 0



Şərhlər (Facebook)