Azərbaycan İnformasiya Agentliyi (AİA)


Səlim Müslümovun “sağ əli” olan Elnur Məcidovun da işi araşdırılacaq


Eks-nazir Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edildikdən sonra araşdırmalar başlayıb. Hesablama Palatasının apardığı araşdırmalar nəticəsində nazirlikdə külli miqdarda yeyinti faktları üzə çıxıb. Yerli mediada yer alan iddialara görə, sabiq nazir 2 milyard manata qədər dövlət vəsaitini mənimsəyib. Hesablama Palatasının audit tədbirləri nəticəsində bəlli olub ki, yüzlərlə dünyasını dəyişmiş şəxsin adına pensiyalar təyin edilib və mənimsənilib.

Qaynarinfo xəbər verir ki, gundeminfo.az-a daxil olan informasiyaya əsasən araşdırmalar təkcə vəsaitlərin təyin edilməsi ilə bağlı deyuil. ƏƏSMN-də həyata keçirilən elektron "islahatlar” nəticəsində Səlim Müslümov mahir bir bacarıq nümayiş etdirib. Dövlət vəsaitləri hesabına nazirlik pensiyaların, əllilik dərəcələrinin və ünvanlı sosial yardımların təyin edilməsi məqsədilə vahid elektron sistem yaradıb.


0 0



Şərhlər (Facebook)