Azərbaycan İnformasiya Agentliyi (AİA)


Sulutəpənin susuz təpələri – qazsız, nəqliyyatsız həyat (REPORTAJ, VİDEO, FOTOLAR)


Sulutəpə qəsəbəsinin problemlərini saymaqla bitməz. Əhali su, qaz, yol və nəqliyyat sarıdan əziyyət çəkir. Bu vəziyyətlə bağlı dəfələrlə mətbuatda yazılar dərc olunsa da, problemlər tamlıqla öz əksini tapmayıb.

Qəsəbə sakinlərinin əsas problemlərindən biri susuzluqdan əziyyət çəkmələridir. Su problemi sakinlərin güzəranını daha da çətin vəziyyətə salır. Xüsusilə əhali yay aylarında bir bidon su üçün küçələrə axışır.

Musavat.com-un Sulutəpə qəsəbəsinə baş çəkən müxbiri qəsəbə sakinlərinin gileyini dinləyib.

Qəsəbə sakinlərinin əksəriyyəti öz vəsaitləri hesabına su xətləri çəkdirib. Külli miqdarda vəsaitə başa gələn su çəkilişi belə onlara kifayət etməyib. Yəni camaatın xərclədiyi vəsait boşuna gedib.

Bir neçə qonşunun ortaq çəkdirdiyi suyun təzyiqi aşağıdır. Xəttin nazik olması və bir neçə qonşu arasında bölüşdürülməsi, nəticədə suyun təzyiqini aşağı salır.
Sakinlər deyir ki, rayon icra hakimiyyəti və “Azərsu” ASC nümayəndələri bu problemlərdən xəbərdar olsalar da, heç bir iş görmürlər.

Qəsəbənin əsas yolu sayılan Ruslan Allahverdiyev küçəsində vəziyyət acınacaqlıdır. Yolların qəzalı durumda olması isə bu ətrafda yaşayan sakinləri cana yığıb. Küçənin giriş hissəsindən, Xocahəsən istiqamətinə qədər olan yollar bərbad durumdadır. Dərin çalalar nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, tez-tez onları sıradan çıxarır. Sakinlər bildirdilər ki, Ruslan Allahverdiyev küçəsinin yolu 2012-ci ildə əsaslı şəkildə bərpa edilib. Lakin həmin küçədən keçən su xətləri zaman-zaman asfalt örtüyünü sıradan çıxarıb: “Ruslan Allahverdiyev küçəsi böyük bir ərazini əhatə edir. Təqribən 30-35 minə yaxın əhali yaşayır. Ən çox əziyyət çəkənlər yolun yaxınlığında yaşayan sakinlərdir. Evlər daim yağış suları içərisində qalır. Nəqliyyat vasitələri hərəkət edə bilmir. 2012-ci ildə yol əsaslı şəkildə təmir olundu. Demək olar ki, 2-3 il yolda problem yaşamadıq. Lakin qəsəbənin kanalizasiya sistemi olmadığından evlərdən çıxan sular yola tökülürdü. Bundan əlavə, əhalinin asfaltlanan yolun altından qustar üsulla çəkdikləri su xətləri sıradan çıxdı. Nəticədə yeni çəkilmiş yol örtüyü alt hissədən yuyulmağa başladı, çöküntülər əmələ gəldi. 2016-cı ildən yollar tam yararsız duruma düşdü”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərisiniz.

Sulutəpənin susuz təpələri – qazsız, nəqliyyatsız həyat (REPORTAJ, VİDEO, FOTOLAR)
Sulutəpənin susuz təpələri – qazsız, nəqliyyatsız həyat (REPORTAJ, VİDEO, FOTOLAR)
Sulutəpənin susuz təpələri – qazsız, nəqliyyatsız həyat (REPORTAJ, VİDEO, FOTOLAR)
Sulutəpənin susuz təpələri – qazsız, nəqliyyatsız həyat (REPORTAJ, VİDEO, FOTOLAR)


0 0



Şərhlər (Facebook)