Azərbaycan İnformasiya Agentliyi (AİA)


"Bakcell" öz səhvinə belə don geyindirdi


"Bakcell" öz səhvinə belə don geyindirdi
"Bakcell" öz səhvinə belə don geyindirdi
"Bakcell" öz səhvinə belə don geyindirdi
Xəbər verdiyimiz kimi, ötən gün tanınmış radio aparıcısı Əzizə İsmayılova "Facebook” profilində "Bakcell” mobil operatorunun fırıldağı ilə bağlı status paylaşmışdı. Aparıcı statusunda bayramla əlaqədar olaraq ona mesaj gəldiyini və bundan sonra balansından müəyyən vəsaitin silindiyini bildirmişdi.
Yaranan narazılıqla əlaqədar olaraq sfera.az-la əlaqə yaradan və şirkətin mətbuat xidmətinin əməkdaşı olduğunu deyən xanım saytın suallarından yayındı. Beləliklə, "Bakcell” şirkətindən yaranmış problemə sadəcə olaraq bu şəkildə münasibət bildirildi:

"Cümhuriyyətin 100 illiyi ilə bağlı müəyyən qrup abunəçilərə pulsuz təqdim edilmiş 5 GB internet paketinin müddəti daha 1 ay hədiyyə olaraq uzadılıb və bunun üçün nömrələrin balanslarından heç bir vəsait çıxılmayıb. Bu barədə abunəçilərə avtomatik qaydada daxil olmuş SMS məlumat xarakteri daşıyır. Bu şablon SMS-də paketin müvafiq vəsaitin müqabilində uzadılması qeyd edilsə də, hədiyyə paketinin müddəti hətta balansında vəsait olmayan nömrələrdə də uzadılıb”.

Açıqlamadan da görünür ki, "Bakcell” problemin həllindən, abunəçiləri maraqlandıran suallardan daha çox bu dəfə də öz xidmtələrini reklam edərək müştərinin şikayəti ilə bağlı ünvanlanan problem haqda konkret açıqlama verməkdən imtina edib. Sətri olaraq məsələnin üstündən ötən "Bakcell” şirkətindən bildirildi ki, onlar tərəfindən hər hansı abunəçinin balansından vəsait silinməyib.
Şikayətçilərin paylaşdığı "screen"lərdən də göründüyü kimi, şirkətin yuxarıdakı açıqlaması məsələyə aydınlıq gətirmir. Çünki dedikləri kimi bir kampaniya təşkil etmiş olsaydılar, heç olmasa müştərilərə bu haqda məlumat SMS-i göndərər və bu yolla həm də özlərini reklam etmiş olardılar. Şirkət həqiqətən də balansdan kontur silməyibsə belə, müştəriyə məlumatı düzgün ötürmədiyi üçün haqlı olaraq bu qınaqlara məruz qalıb. Ancaq şirkətdən bildirildi ki, bu yanlışlığa görə istifadəçilərdən üzr istəməyi düşünmürlər:

"Biz müştəridən niyə üzr istəməliyik? ".

Biz media olaraq borcumuzu yerinə yetirdik və həm "Bakcell"in xidmətindən narazı olanların, həm də şirkətin arqumentlərini işıqlandırdıq. Bəs kim haqlıdır? Buna da siz qərar verin.


0 0



Şərhlər (Facebook)