Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ağ Göl Milli Parkında dəhşət: direktor şahinləri ərəblərə, balıqları isə - MTN işi...


Hirkan Milli Parkından sonra Ağgöl Milli Parkındakı vəziyyətə nəzər salmışıq

FİA.Az-ın mediaya istinadla xəbərinə görə, qanunsuz ov nəticəsində ceyranlar, quşlar, balıqlar direktorun gəlir mənbəyinə çevrilib.

Bu haqda azerbaycaninfo.az-da məlumatlar dərc olunub. Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılan Ağ Göl Milli Parkında 500 mindən çox quş qışlayır.

Quşların 30 növünün adı “Azərbaycanın Qırmızı Kitabı”na salınıb. Bundan başqa, milli park ərazisində 20-dən çox balıq növünə - çəki, külmə, durna balığı, xəşəm, lil balığı, naxa, qambuziya və s. rast gəlinir.

Lakin Ağ Göl Milli Parkında qanunsuz ov aparılır və bu səbəbdən də qoruq ərazisi istismara məruz qalır.

Bundan əlavə, qoruq rəhbərliyinin razılığı ilə yaxınlıqda yaşayan insanlar mal-qaranın otlaması üçün milli parkın ərazisindən istifadə edirlər.

Saytlar yazır ki, Ağ Göl Milli Parkının direktoru Loğman Mehdiyev gölün kənarında torpaqdan 2 hektara yaxın hovuz düzəltdirib.

Həmin hovuzda isə Ağ Göldən tutulan müxtəlif növ balıqlarlar saxlanılır və sonradan bazara çıxarılır.

İddialara görə, L.Mehdiyev “brokonyer”lərlə razılaşaraq göldə tor qurulmasına şərait yaradır. Tutulan balıqların 50 faizi direktora verilir.

Mehdiyevin gölündə 10 tondan çox balıq var və payız aylarında direktor həmin məhsulu satışa çıxarır.

FİA.Az-ın mediaya istinadla xəbərinə görə, direktor Ağ Göl Milli Parkında yaşayan şahin quşlarını tutduraraq satır.

Deyilənə görə, şahin quşlarının alıcısı ərəb şeyxləridir. Mahir ovçu kimi yetişdirilən şahin quşları çox baha qiymətə ərəb şeyxlərinə satılır.

Beləliklə, hər il payız, qış və yaz aylarında milli parkın ərazisində qanunsuz ov nəticəsində onlarla ceyranlar məhv edilir, quşlar qırılır, hədsiz sayda balıqlar «brokonyer»lərin gəlir mənbəyinə çevrilir.

Bundan əlavə afn.az-a şikayət etmiş sakinlər Ağ Göldə olan qanunsuzluqlardan bəhs etmişdilər. Qeyd edirlər ki, Ağcabədi və Beyləqan rayonları ərazisində yerləşən “Ağgöl” Milli Parkı sözün əsl mənasında məmurların və onların övladlarının, qonaqlarının poliqonuna çevrilib.

Sayt yazıb ki, Ağgöl Milli Parkı oranın rəisi Loğman Mehdiyev və onun himayədarı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Rövşən Cəlilovun şəxsi mülkünə çevrilib.

L.Mehdiyev və R.Cəlilovun bütün tanış məmurları qış aylarında şənbə-bazar günlərini bu dövlət qoruğunda vaxtlarını səmərəli keçirirlər. Qadağan olunmuş quşlar məmurlar tərəfindən vurulur.

Qış vaxtı isə Loğman Mehdiyev oranı bazara çevirir. Ovçulardan pul alaraq parka buraxır, hətta adları Qırmızı Kitaba düşən quşları ovlatdırır.

L.Mehdiyevlə bağlı irəli sürülən şok iddia isə keçmiş MTN-in yüksək vəzifəlilərinə “Ağ göl”dən “sovqat” göndərilməsidir.

L.Mehdiyev qoruğun yaxınlığında düzəltdirdiyi balıq gölündə yaxın ətrafdakı rayonlarda yüksək vəzifə tutan, hətta paytaxtdan gələn məmurlara tez-tez “sveji” balıq qonaqlığı təşkil edir.

Həmin gölə Ağgöldən müxtəlif növ balıqlar köçürülüb. Onlar orada süni yolla artırılır və dediyimiz məqsədlə istifadə edilir.

Mətbuatda getmiş bu ittihamlarla bağlı hörmətli L.Mehdiyevin fikirlərini geniş şəkildə işıqlandırmağa hazırıq. İstinad:My Webpage

Fia.Az


0 0



Şərhlər (Facebook)