Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ziya Məmmədov Cavid Qurbanovun idarələrini ləğv etmək istəyir


Ziya Məmmədov Cavid Qurbanovun idarələrini ləğv etmək istəyir

Nəqliyyat naziri Ziya Məmmədovla “Azəryolservis”in şefi, deputat Cavid Qurbanov arasında qarşıdurma güclənə bilər.

Çünki Ziya Məmmədov “Azəryolservis”in nəzdində olan idarələrin bir hissəsini ləğv etmək istəyir. Məlumat üçün deyək ki, “Azəryolservis”in tərkibində 110-dan artıq idarə var.

Daxil olan məlumata görə, Ziya Məmmədov neftin ucuzlaşmasına görə “yuxarılar”dan gələn “ixtisar tapşırığı”nın icrasına “Azəryolservis”dən başlamaq niyyətindədir. Məlumatda deyilir ki, nazir qəsəbədaxili yolların çəkilməsini və təmirini bələdiyyələrin ixtiyarına verilməsi, həmçinin “Azəryolservis”dəki idarələrin bir çoxunun faktiki olaraq fəaliyyətsizliyini əsas gətirərək ilk olaraq həmin qurumların ləğvini istəyir. Lakin məsələ burasındadı ki, bu idarələrin əksəriyyətində Cavid Qurbanova yaxın adamlar çalışır. Ona görə də Ziya Məmmədovun bu addımını Cavid Qurbanovun xoş qarşılamayacağı şübhəsizdir.


0 0



Şərhlər (Facebook)