Azərbaycan İnformasiya Agentliyi (AİA)


Min bir dərdin dərmanı-Bal


Həkimlər sübut ediblər ki, distillə edilmiş su ilə düzəldilmiş bal şərbəti böyrək və sidik kisəsi daşı xəstəliklərindən əziyyət çəkən insanlar üçün olduqca faydalıdır. Üzdə olan sızanaqları da bal sürtməklə yox etmək olar.
Bal şərbəti ilə qarqara etmək isə ağızda olan yaraları və boğaz ağrısının qarşısının alınmasına müsbət təsir göstərir. Bal qan dövranını yaxşılaşdırır, ürək döyünməsini tənzimləyir, mədə köpünün qarşısını alır.
Mədə ağrısı, mədə xorası, qəbzlik, bağırsaq sancıları zamanı istifadə edilən bu nemət qaraciyər xəstələri üçün də faydalıdır. Şəkər xəstəliyindən əziyyət çəkənlərin və yaşlı adamların şəkəri balla əvəz etməsi məsləhətdir. Öskürəkdən qurtulmaq üçün bişirilmiş süd ilə bal qarışdırıb içmək də çox faydalıdır.
Yuxusuzluqdan əziyyət çəkənlərin də dərmanı baldır. Bunun üçün yatmazdan əvvəl 1 çay qaşığı bal yemək məsləhətdir. Bədənə istilik verən bal həm də sidikqovucu xassəyə malikdir. O, nəfəs borusu xəstəliklərinə qarşı da faydalıdır. Bal gözün görmə gücünü artırır. Limonla və ya südlə içilən bal soyuqdəymə ilə mübarizədə effektiv təsir göstərir, boğaz ağrısını və öskürəyi aradan qaldırır. Qripə tutulmuş insanları rahatlaşdırır. Vərəmdən əziyyət çəkən xəstələrə isə çiçək balını qızılgül ləçəkləri ilə qarışdırıb səhər və axşam qəbul etmək lazımdır.


0 0



Şərhlər (Facebook)